• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 12.11.2016 13:37

Gənc rəssamın fərdi sərgisi nümayiş olundu

Gəncədə gənc rəssam Elşən Əliyevin fərdi rəsm sərgisi keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan sərgi Gənclər evinin qarşısında, açıq havada baş tutub. Sərgidə rəssamın 20-dən artıq əl işi nümayiş olunub. Təbiət, tarixi abidələr, film qəhrəmanları, tarixi şəxsiyyətlərin təsvir olunduğu rəsm nümunələri gənclərdə xüsusi maraq doğurub. Elşən Əliyev 5 yaşından rəsm çəkməyə başlayıb. Gənc rəssam müxtəlif janrlarda yaratdığı əl işləri ilə müxtəlif sərgilərdə təmsil olunub. Bu, rəssamın ikinci fərdi sərgisidir.

Mehman Abbaszadə