• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 11.11.2016 17:21

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncədə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirib

Aprel döyüşlərində Silahlı Qüvvələrimizin düşməni ağır məğlubiyyətə uğratması cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Cəbhə xəttində əldə olunan qələbə və strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi ordunun gücünü dünyaya nümayiş etdirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi-vətənpərvərlik mövzusunda Gəncədə keçirdiyi növbəti tədbirdə əsas fikir bu olub. Yeniyetmə və gənclərə bunun aşılanması, vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyəti önə çəkilib. "Vətənin müdafiəsinə hazıram" adlı tədbirin əsas məqsədi gələcək nəsillərdə vətənə və orduya sevgini artırmaqdır. Şəhid ailələri, veteran hərbiçilər, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırıldıqdan sonra hərbi vətənpərvərlik mövzusunda səsləndirilən musiqilər xoş ovqat yaradıb.

Natiq Hüseyn