• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 11.11.2016 17:19

Gəncədə “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsinə start verilib

Layihə çərçivəsində “Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi” mövzusunda panel sessiyası keçirilib. Gənclər Təşkilatları Milli Şurası, Gənclər Fondu və Gənclər və İdman Nazirliyi layihəyə təşkilati dəstək verib. Məqsəd gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, Avropa Gənclər Fondu, “Erasmus ” proqramı, Avropa Gənclər Forumu və digər beynəlxalq platformalar ilə daha yaxından tanış etməkdir. Layihə çərçivəsində baş tutan təlimlərdə gənclər eyni zamanda beynəlxalq layihələrin həyata keçirilməsi üçün Avropa Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydaları və BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlandırılıblar. Gəncədə açılışı olan layihə Bakıda davam edəcək və 3 gün çəkəcək.

Gülnar Fazilqızı