• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 11.11.2016 12:28

Vergilər naziri Fazil Məmmədov Göygöldə vətəndaşlarla görüşüb

Qəbulda bu rayonla yanaşı, Gəncə, Samux, Goranboy və Daşkəsəndən olan vətəndaşlar iştirak ediblər. Əsas müraciətlər Vergi Məcəlləsinə edilən son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı olub. Əmək müqavilələrin bağlanması, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul kimi məsələlərə də toxunulub. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Natiq Hüseyn