• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 17.10.2016 15:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub

Son oyun günündə daha 2 qarşılaşma baş tutub. Günün ilk görüşündə AZAL Şüvəlanda “Kəpəz”i sınağa çəkib. Oyunda azarkeşlər yalnız 1 qola şahid olublar. 83-cü dəqiqədə Dario Frederikonun zərbəsini Aqil Məmmədov zərərsizləşdirsə də top Julien Ebahın qarşısına düşüb. Afrikalı hücumçu isə öz növbəsində çərçivəni dəqiq nişan alaraq gəncəlilərə qalibiyyət gətirən yeganə qola imza atıb.

Turun son oyununda “Zirə” evdə “Neftçi”ni qonaq edib. Qarşılaşmada qol vurmaq üçün daha istəkli görünən meydan sahibləri istəklərinə 43-cü dəqiqədə çatıblar. Kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Yovan Krneta qola çevirib. 50-ci dəqiqədə zirəlilər ikinci topu rəqib qapısından keçiriblər. Adil Nağıyev adından söz etdirərək Zirənin 2:0 hesablı qələbəsini rəsmiləşdirib. 

Azərbaycan Premyer Liqa, 8-ci tur
16 oktyabr (bazar)

18:30 “Zirə” - “Neftçi” - 2:0 
Qollar: Yovan Krneta, 43-pen (1:0), Adil Nağıyev, 50 (2:0)
Qırmızı vərəqə: Rahil Məmmədov, 47 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

16:00 AZAL - “Kəpəz” - 0:1 
Qol: Julian Ebah, 83
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
“AZAL Arena”

15 oktyabr (şənbə)

“Qarabağ” - “Sumqayıt” - 3:0 
Qollar: Miçel, 42 (1:0), İlqar Qurbanov, 44 (2:0), Dino Ndlovu, 90+3 (3:0)

“İnter” - “Qəbələ” - 1:1 
Qollar: Ağabala Ramazanov, 48 (1:0), Sergey Zenyov, 69 (1:1)

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

8

6

2

0

20-1

20

2

Qarabağ

8

5

1

2

18-5

16

3

İnter

8

4

4

0

13-8

16

4

Kəpəz

8

2

4

2

7-8

10

5

Zirə

8

3

1

4

7-9

10

6

Sumqayıt

8

2

2

4

6-12

8

7

Neftçi

8

2

0

6

6-18

6

8

AZAL

8

0

2

6

3-19

2

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7 qol 

Orxan Cəfərzadə