• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 17.10.2016 14:34

Aşağı yaş qrupları arasında keçirilən Azərbaycan birinciliyinın zona yarışı davam edir

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən Azərbaycan birinciliyinın zona yarışı davam edir. Yarışlar qərb regionunda Tovuz və Gəncə zonaları üzrə keçirilir. Gəncə regionunda çıxış edən komandalar Təhsil Respublika İdman Mərkəzinin stadionunda mübarizə aparırlar. Burada Nizami Yurdunun təmsilçiləri ilə yanaşı, Göygöl və Kəlbəcər rayonlarının komandaları da yarışır. Ümumilikdə 5 yaş qrupu üzrə zona birincliyində 52 kollektiv qüvvəsini sınayır. U-10, U-11 və U-14 liqasında 10 komanda çıxış edir. 12 yaşlıların yarışında 8 kollektiv gücünü sınayır. Ən çox komanda isə 13 yaşlı yeniyetmələrin liqasında mübarizəyə qoşulub. Bu yaş qrupunda 14 komanda təmsil olunur.

Nofəl Əzizov- uşaq futbolu üzrə koordinator: “Bu kimi yarışların keçirilməsinin uşaq futboluna böyük xeyri var. Yarış təşkilatçılarına minnətdarıq ki, oyunların keçirilməsinə köməklik edirlər. Uşaqlar oyundan-oyuna inkişaf edirlər. Gələcəkdə yığmanın tərkibində oynayan futbolçular olacaqlarına inamım var”.

Azad Rəfi