• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 971
— 15.10.2016 18:10

Gəncə Şahmat Məktəbində aşağı yaşlı iti zəka sahibləri arasında seçim xarakterli yarış başlayıb

Təhsil Respublika İdman Mərkəzinin Azərbaycan birinciliyinin zona mərhələsinə vəsiqə verən yarışda 7 yaş qrupundan şahmatçılar mübarizə aparır. Şahmat lövhəsi arxasında 7-15 yaş arasında olan oğlan və qızlar bacarığını nümayiş etdirir. Oyunlar həm İsveçrə, həm də dairəvi sistemlə keçirilir. Yarışların yekununa əsasən, ilk 3 pilləni tutanlar zona mərhələsinə vəsiqə qazanacaqlar.

Mürsəl Məmmədov- yarışın baş hakimi: “Zona yarışları oktyabrın 21-31-i tarixlərində Gəncədə keçiriləcək. Burda fərqlənən şahmatçılar Azərbaycan birinciliyinin final mərhələsində çıxış edəcəklər. Ölkə yarışında ilk pilləni tutanlar dünya, ikinci olanlar isə Avropa birinciliyinə vəsiqə əldə edəcəklər”.

Orxan Cəfərzadə