• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 27.09.2016 14:29

“Kəpəz”in çalışdırıcısı Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kurslarına qatılıb

AFFA-nın təşkilatçılığı ilə da Gəncədən olan mütəxəssis İbrahim Hüseynov da iştirak edib. Bir neçə mərhələli seminarlar gənc məşqçilərin bilik və savadının artırılmasına, təcrübəli mütəxəssis kimi yetişməsinə yönəlib. Kurslara “Kəpəz” klubunun 13 yaşlı futbolçulardan ibarət komandasının çalışdırıcısı kimi qatılan Hüseynov 2012-ci ildə məşqçilik fəaliyyətinə başlayıb. İlk dəfə 3 il öncə ixtisasartırma kurslarının dinləyicisi olmuş mütəxəssis həmin vaxt C kateqoriyasına yiyələnib. İndi isə hədəf B kateqoriyası almaqdır.

İbrahim Hüseynov- məşqçi: “Klubumuzun rəhbərliyi tərəfindən məşqçi müəllimlərin bilik və savadını artırmaq, eyni zamanda öyrəndiklərimizi uşaqlara aşılamaq üçün bizləri belə seminarlara göndərirlər. Biz də Avropada olan yeniliklərlə uşaqları tanış etməyə çalışırıq. Yeniliklər çoxdur, demək olar ki, artıq məşqlər strukturlu keçirilir. Hər bir məşqin bir mövzusu var. Həmin mövzuya da uyğun məşq keçirilir”.  

Azad Rəfi