• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 26.09.2016 16:38

Kəpəz evdə 1 xala razı oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tur davam edir. Növbəti oyun günündə Gəncədə Kəpəz doğma divarlar arasında Qarabağla üz-üzə gəlib. İlk hissəsi qolsuz bitən oyunun 54-cü dəqiqəsində tablo işə düşüb. Sarı-göylərin braziliyalı legioneri Dario Frederiko qol vurmaq bacarığını sərgiləyərək hədəfdən yayınmayıb. Geriyə düşdükdən sonra hücumlarının kəsərini artıran qonaqlar 75-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Reynaldo status-kvonu bərpa edib. Son dəqiqələrdə ağdamlılar qələbə topunu da vurmağa yaxın olsalar da, Tadas Simaitisin sayıqlığı buna imkan verməyib və görüş 1:1 hesablı sülhlə başa çatıb.

Şahin Diniyev - "Kəpəz"in baş məşqçisi: - "Gərgin oyun idi. "Qarabağ" da biz də qalib gələ bilərdik. Rəqibə təşəkkür edirəm. Bizə temp verdilər. Komandamın qarşısına qoyulan məqsəd "Qarabağ"ın orta xəttini neytrallaşdırmaq idi. Bunu 70-75 faiz bacardıq. Mənə elə gəlir ki, "Kəpəz"in vuruşması və "Qarabağ"ın ustalıq səviyyəsini birləşdirsək heç-heçə ədalətli nəticə oldu".

ORXAN CƏFƏRZADƏ