• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 30.07.2016 15:10

Samuxda Eltun İsgəndərovun xatirəsinə həsr olunan futbol turniri keçirilib

Samux rayonunda bələdiyyə komandaları arasında milli qəhrəman Eltun İsgəndərovun xatirəsinə həsr olunan futbol turniri keçirilib. 8 kollektivin iştirak etdiyi yarışın finalında Qarayeri və Ağasıbəyli komandaları üz-üzə gəlib. Sərkar kənd stadionunda baş tutan həlledici qarşılaşmada rəqibini 6:2 hesabıyla məğlub edən Ağasıbəyli futbolçuları turnirin qalibi adını qazanıblar. Oyundan sonra mükafatlandırma mərasimində komandalar rayon icra hakimiyyəti tərəfindən medal və fəxri fərman, qalib klub isə kubokla təltif edilib.

 

Orxan Cəfərzadə