• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 27.06.2016 18:13

Sektor 11 Avroliqaya vəsiqə qazanan Kəpəzi oyunlarda tək buraxmayacaq

Ölkə futbolunda olduğu kimi Avrokuboklarda da azarkeşlər daim klublarımıza dəstək olur. Əsasən millinin oyunlarında komandamızı dəstəkləyən və heç bir Premyer Liqa klubunun fanatı olmayan belə azarkeş qrupları arasında “Sektor 11” xüsusilə seçilir. 6 ildir fəaliyyət göstərən azad azarkeş qrupu müxtəlif banner və plakatlarla  klublarımıza Avrokuboklarda dəstək verirlər. Azad azarkeş qrupu bu il Avroliqaya vəsiqə qazanan "Kəpəz"i də tək buraxmayacaq. Fanat ordusu  həm ev, həm də səfər qarşılaşmalarında gəncəlilərə dəstək olacaq.

Atanur Cəfərli – “Sektor 11” azad azarkeş qrupunun təsisçisi: "Biz azarkeş qrupu kimi 6 illik fəaliyyətimiz dövründə Azərbaycan tribunasında, azarkeş mədəniyyətinin formalaşmasında bir çox işlər görmüşük. Bunu hazırladığımız xoreoqrafiyalar, verdiyimiz dəstəklər, xüsusi şərflər və formalarla nümayiş etdirmişik.  "Kəpəz" də Avroliqaya vəsiqə qazanıb. 16 ildən sonra ilk dəfə çıxış edəcək. "Kəpəz"ə də öz dəstəyimizi göstərməyə hazırıq".

Orxan Cəfərzadə