• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 25.06.2016 15:57

Daha bir boksçumuz Rio Olimpiyadasına lisenziya qazandı

Bakıda təşkil olunan boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində dünən yarımfinal döyüşləri keçirilib. Rinqə çıxanlar arasında Azərbaycan millisinin üzvü Rüfət Hüseynov də olub. 49 kq çəki dərəcəsində çıxış edən dəri əlcək ustası Rio lisenziyasına sahib çıxıb. Hüseynov üçün vəsiqə yolunda yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edib. Çünki bu çəkidə yalnız finalçılar Braziliyada iştirak etmək hüququna sahib olacaqdı. Meksikalı Yoselito Velasqueslə qarşılaşan Rüfət 2:1 hesablı qələbə qazanaraq finala çıxıb. Bununla da o, Rio Olimpiadasında Azərbaycanı təmsil etmək şərəfinə layiq görülüb. 

Hidayət Şahin