• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 30.04.2016 17:58

Gəncəli güləşçi bir ayda ikinci qələbəsini qazandı

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. 11 ölkənin güləşçisinin iştirak etdiyi yarışın son günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan qalib olmaq üçün yarışıb. Gəncəni turnirdə Murad Süleymanov təmsil edib. 74 kq-da mübarizə aparan 20 yaşlı güləşçi uğurlu çıxışla yadda qalıb. Süleymanov bütün rəqiblərinin kürəyini yerə vuraraq yarışın baş mükafatına yiyələnib. Bu, Murad Süleymanovun aprel ayı ərzində ikinci nailiyyətidir. Belə ki, ayın əvvəlində gəncəli güləşçi Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında gümüş medal qazanıb.

Hidayət Şahin