• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 16.03.2016 15:12

AFFA əməkdaşlarının Gəncədə məşqçilərlə görüşü olub

AFFA tərəfindən hər il futbolçuların, məqşçilərin və inzibati işçilərin qeydiyyat qaydaları ilə bağlı regionlara səfərlər təşkil olunur. Səfərlər zamanı qurumun əməkdaşları komandalara qeydiyyat qaydalarındakı yeniliklər barədə məlumat verərək, müvafiq tövsiyyələrini çatdırır. Bu il yeni mövsüm öncəsi işlərə daha tez start verilib. Bu da onlayn qeydiyyata keçidlə bağlıdır. Assosiasiyanın əməkdaşları bu məqsədlə Gəncəyə gələrək məşqçilərlə görüşüb, yeni təlimatlarla bağlı məlumat veriblər. Mütəxəssislərin nəzərinə çatdırılıb ki, bundan sonra qeydiyyatla bağlı Bakıya səfər etməyə ehtiyac yoxdur, bunun üçün AFFA tərəfindən 6 regionda ofislər yaradılacaq. Səfər xərclərinin və vaxt itkisinin qarşısının alınmasına hesablanan bu addım nəticəsində onlayn qeydiyyat sistemi tətbiq ediləcək.

 Azad Rəfi