• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 15.03.2016 16:57

Gəncədə sərbəst güləş üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçirilib

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarış Novruz bayramına həsr olunub. 14-16 yaşlı güləşçilərin döşək üzərinə çıxdığı birincilikdə 100-ə yaxın idmançı 10 çəki dərəcəsində güclünü müəyyənləşdirməyə çalışıb. Yarışda şəhərin bütün idman məktəbləri və cəmiyyətləri təmsil olunub. Əldə olunan medallara görə, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı komanda hesabında 1-ci olub. Mükafatçılar sırasına düşən pəhləvanlar medal və diplomla təltif edilib.

Elçin Zeynalov -əməkdar məşqçi: "Bu yarışımız əsasən seçim xarakteri daşıyır. Qarşıda bizi Azərbaycan birinciliyi gözləyir. Yarışımız çox yüksək səviyyədə keçirilir. Mənə elə gəlir ki, Azərbaycan birinciliyində pəhləvanlarımız şəhərimizi sevindirəcəklər".

Hidayət Şahin