• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 14.03.2016 15:39

“Kəpəz” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-cu turun oyunları keçirilib. Hesabat turunun 5 qarşılaşmasından biri Gəncədə baş tutub. “Kəpəz” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarının əvvəlində küncdən havalandırlan topu Tural Nərimanov başıyla çərçivədən keçirib. Oyunun sonrakı hissəsində lənkəranlılar bir neçə vəziyyətdə qola yaxın olsalar da, istəklərini reallaşdıra bilməyiblər. Əvəzində matçın əsas vaxtına artırılan 1-ci dəqiqədə Tural Rzayev rəqibi 2-ci dəfə mərkəzə dəvət edərək görüşün yekun nəticəsini təyin edib. “Kəpəz” 2 – “Xəzər Lənkəran” 0.

Azad Rəfi