• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 12.02.2016 16:15

Kəpəz Gəncədə növbəti qələbəsini qazandı

16 yaşlı futbolçulardan ibarət Azərbaycan çempionatında 19-cu turun görüşləri keçirilib. Bu tur "Kəpəz" Gəncədə "Rəvan"ı sınağa çəkib. Bunadək ev oyunlarını Yevlaxda keçirən Nizami yurdunun təmsilçisi rəqibini ilk dəfə doğma şəhərdə qəbul edib. Fasiləyə hesabda üstün yollanan meydan sahibləri ikinci hissənin əvvəlində məğlub duruma düşüb. Qonaqlar 2 top vuraraq hesabda önə keçsələr də, sonradan əzmkarlıq nümayiş etdirən "Kəpəz" qələbə istəyinə çatıb. Gəncəlilər Bakı komandasını daha 2 dəfə mərkəzə dəvət edərək 3:2 hesabıyla qalib gəlib. Qərb klubu gələn tur səfərdə Qarabağla üz-üzə gələcək.

Tofiq Məmmədov -"Kəpəz"in U-16 komandasının baş məşqçisi: "Bir aydır ki, komandaya rəhbərlik edirəm. Gündən-günə çalışacağıq ki, çatışmayan cəhətlərimizi düzəldək. Müdafiə və hücumda boşluqlar var. Nəticədən razı qaldım, ancaq oyun məni qane etmədi. Komanda üzərində çox işləmək lazımdır".

Orxan Cəfərzadə