• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 03.02.2016 15:28

Gəncənin futbol hakimləri mövsümün ikinci hissəsinə hazırlığı yekunlaşdırıb

Qarşıda onları normativ sınağı və test imtahanı gözləyir. 

Ədalət təmsilçiləri çempionata hazırlığı fərdi və qrup halında keçib. Gəncəli hakimlər həftə ərzində 3 dəfə fiziki hazırlıqla məşğul olub, digər günlərdə isə nəzəri biliklərin təkmilləşdirilməsi üzərində çalışıblar.

Taleh Məmmədov- futbol hakimi: “Uşaqlar öz üzərlərində çalışırlar, fizki durumları yaxşıdır. Fiziki hazırlıqla yanaşı, həftənin 3 günü test hazrılığı ilə məşğul oluruq. Vəziyyət qənaətbəxşdir”.

Gəncə ölkə futbolunda əsasən gənc hakimlərlə təmsil olunur. Bu hakimlər 1-ci diviziondan tutmuş, əvəzdicilərin ölkə çempionatında və ayrı-ayrı yaş qrupları üzrə birinciliklərdə ədalət prinsiplərini qoruyur.

Taleh Məmmədov- futbol hakimi: “Dünənə baxanda bu gün inkişaf var. Region hakimlərinin hazırlığı və bacağırı inkişaf edir. Yəqin ki, hər bir hakimin amalı Premyer Liqada hakimlik etməkdir. Buna çalışırq və ümid edirik ki, Gəncədə də belə hakimlər yetişər. Premyer Liqada və daha yüksək arenalarda oyunlar idarə edərlər”.

Bu mövsüm Nizami yurdunu müxtəlif səviyyəli yarışlarda 12 futbol hakimi təmsil edir. Onlardan 2-si mərkəz, qalanı isə yan xətt hakimi kimi oyunlara təyinat alır.

Azad Rəfi