• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 29.01.2016 16:28

Qərb klubları yoxlama oyunu çərçivəsində yenidən üz-üzə gəldi

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən iki qərb klubu - "Turan Tovuz" və "Göyəzən" növbəti dəfə yoxlama oyunu çərçivəsində üz-üzə gəlib. Tərəflərin qarşıdurması yenə məhsuldarlığı ilə seçilib.

Komandaların görüşü yenə Tovuzda baş tutub. Hər hissədə fərqli heyətə şans verən baş məşqçilər futbolçuların hazırlıq prosesindəki durumunu öyrənməklə yanaşı, əsas heyəti müəyyənləşdirməyə çalışıb. Əvvəlki sınaq oyununda olduğu kimi bu qarşılaşmada da ilk olaraq tovuzlular fərqlənib. İlkin Rzayevin dubl etdiyi ilk hissədə, Natiq Kərimi də Qazax klubunun qapısına yol tapmağı bacarıb. Ancaq ikinci yarıda oyunçu dəyişikliklərinə əl atan Turan- Tovuz bunun bəhrəsini görməyib. Əvəzində qonaqlardan Samir Mehdiyevin dublu və Vüsal İbrahimovun 1 dəqiq zərbəsi ümumi hesabın bərabərləşməsinə gətirib çıxarıb. 3-3

Bildirək ki, bir həftə ərzində iki dəfə üz-üzə gələn komandaların öncəki qarşıdurmasında da heç-heçə qeydə alınmışdı. Həmin görüşdə "Turan Tovuz" 2 cavabsız qolla öndə olsa da, sonradan qonaqlar hesabı bərabərləşdirməyə nail olmuşdu.

Orxan Cəfərzadə