« Geri

Yol polisləri magistral yollara nəzarəti gücləndirib

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Ötən gündən başlayaraq qərb bölgəsinə yağan qar əsas yollarda hərəkəti çətinləşdirib. Baş verə biləcək qəzaların qarşısını almaq, eləcə də, təhlükəsizliyi təmin etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları magistral yollara nəzarəti gücləndirib. Bu məqsədlə 9-cu tağımın xidməti ərazisində növbət reyd keçirilib.

Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Buna onları qeyri -sabit hava şəraiti və qəzaların sayının artması vadar edib. Reydlər Gəncə-Qazax avtomobil yolunu əhatə edib. Əsas məqsəd isə sürücüləri maarifləndirmək, eləcə də, sükan arxasında sərxoş halda əyləşən sürücüləri aşkarlamaq olub.

Havaların qarlı, şaxtalı olmasına, baxmayaraq, sürücülər heç də diqqətli olmur. Bu isə sonda xoşagəlməz sonluqla nəticələnir.
Yol polisləri elə ilk cəhddəcə istədiklərinə nail olub. Ford markalı avtomobilin sürücüsü sərxoş halda saxlanılıb. Baxmayaraq ki, o, içkili olmasını inkar edib.
Digər bir sürücü isə sənədsiz kamaz markalı nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılıb. Bu sürücü isə özünə dost axtarmağa üstünlük verib.
Reydlər zamanı yol polislərinin “saxla” işarəsinə məhəl qoymayanlar da olub. Ərazi üzrə polis şöbələrinin köməkliyi ilə həmin avtomobillərin tapılması təmin olunub. Əksər hallarda polisdən qaçan sürücülərin sərxoş olduğu üzə çıxıb.

Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri Xaliq Ələkbərov hava şəraitindən asılı olaraq sürücüləri diqqətli olmağa çağırıb.

Xaliq Ələkbərov - BDYPİ-nin YPXA-nın 9-cu tağımının komandiri: “Sürücülərə tövsiyəmiz odur ki, qarlı, buzlu havada avtomobili yüksək sürətlə idarə etməsinlər. Sərxoş halda sükan arxasında əyləşməsinlər. Avtomobillə saz halda xəttə çıxsınlar”.
Tağım komandiri sözlərinə onu da əlavə edib ki, reydlər ayın sonunadək davam etdiriləcək. Baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər diqqətli olsunlar.



Natiq Hüseyn

28 yanvar, 2012 - 12:35


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player