« Geri

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ağır yol qəzası baş verib

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. DİN Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsinin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 131-ci kilometrliyində, Zaqatala rayonu ərazisində baş verib. Balakən rayonu Tülü kənd sakini 25 yaşlı Zaur Qarayev idarə etdiyi “Mercedes” markalı, 90 GZ 607 dövlət nişan nömrəli avtomobillə Balakən rayonu istiqamətində hərəkət edərkən avtomobili aşırıb. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Zaur Qarayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Qəza zamanı avtomobildə olan digər iki nəfər sərnişin, Balakən rayon sakinlərinin xəsarətləri yüngül olduğundan onlar Zaqatala MRX-da müayinədən keçdikdən sonra ambulator müalicə olunmaq üçün evə buraxılıb. Fakla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

İlkin Əmirli

22 fevral, 2012 - 16:07


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player