« Geri

Fyodr Dostayevski

Mətn ölçüsü:  
Fyodr Dostayevski

Dostayevski köhnə, qədim bir xəstəxanada dünyaya göz açıb. O, tarixə olduqca sərt bir insan kimi düşüb. Onun bu qədər sərt olmasının səbəbi anasının və atasının ani ölümləri olur. Qarşılaşdığı çətinliklər idi ki, onu həddən artıq içki içməyə məcbur edirdi. O, elə uşaqlığını da xəstə ana və sərxoş atanın yanında keçirib. Atasının işlədiyi xəstəxanadan olan xəstələr ilə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Dostayevski, ilk təhsilini Moskvada alıb. Anasının ölümündən sonra Peterburq Universitetində təhsilini davam etdirən şair, zamanının çoxunu kitab oxumaqla keçirirdi. Gələcəkdə “Bədbəxt insanlar” adlı ilk kitabının 1846-cı ildə nəşr olunması da buna sübutdur.

Kitabı oxuduqdan sonra o dövrün məşhur Rus tənqidçilərindən biri belə bir məktub göndərdi: “Siz problemin dərinliyinə gedib,bir neçə xəttə böyük bir gerçəkliyi ortaya qoymusunuz. Sizdən bir xahişim var. Bu qabiliyyətinizi qiymətləndirin. Beləcə, böyük bir yazar ola bilərsiniz”.

O, cəmiyyətin ədalətsizliyini, qarşıdurmalarını iç dünyasındakı dərin hisslərlə qələmə aldı. Xalqın rəğbəti ilə qarşılanan bu kitab, tənqidçilər tərəfindən yaxşı qarşılandı.Yazıçı şöhrətinin zirvəyə çatdığını bilirdi. Və böyük qardaşına “hər şey sanki bir möcüzə oldu” deyirdi. Amma bu xoşbəxtlik uzun müddət davam etmədi. Belə ki, “Bir kövrək ürəkli” kitabını nəşr etdirən yazıçı müvəffəqiyyəti əldə edə bilməyərək son ümidini də beləcə itirdi. Bu peşədən tamamilə əlini üzən Dostayevski, siyasətlə maraqlanmağa başladı və gənc liberalların qrupuna daxil oldu. Siyasətdə başı bəlalar çəkən yazıçı, ona qarşı sürülən ittihamlardan sonra sürgün olunur.

Liza Knapp - tarixçi: “Onun həyatında olduqca maraqlı məqamlara rast gəlmək olar. Uşaqlığında yaşadığı çətin həyat sonradan Dostayevskiyə cəmiyyəti dərindən dərk etməsi üçün sanki bir məktəb oldu”.

Məhz bu dövrdə o, həqiqətən də həyatın iç üzü ilə üzbəüz qaldı.Və hər bir insanın içində həm yaxşı, həm də pis bir xüsusiyyətin var olmasını anladı. Sibirdəki sürgün həyatını Dostayevski, “Ölü evdə məktublar” əsərində təsvir edib. Yaşadığı çətin həyat onun səhətində problemlər yaratdığından, yazıçıya həkimlər tərəfindən ağır işlə məşğul olmaq qadağan olundu. Buna baxmayaraq, onun yaradıcılıq eşqi bitib-tükənmək bitmirdi. Növbəti əsərini işləyərkən Dostayevski yerə düşən qələmi götürmək üçün yerə əyilir. Elə həmin gün yazıçının boğazından gələn qanı dayandırmaq mümkün olmadı. Öləcəyi günü “Bilirəm bu gün öləcəm” sözləri ilə açdı. Rus ədəbiyyatına töhfələrini yetərincə verən yazıçı- Fyodr Dostayevski yanvarın 28-i axşam saatlarında əbədiyyətə qovuşdu.

Könül Qalibqızı
25 noyabr, 2011 - 09:59

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player