« Geri

Amerikalı ixtiraçı motorlu ayaqqabılar ixtira edib

Mətn ölçüsü:  
Amerikalı ixtiraçı motorlu ayaqqabılar ixtira edib

ABŞ vətəndaşı Peter Treadvey ixtira etdiyi motorlu ayaqqabıları bazara çıxarmağa hazırlaşır. "Spinkix" adlandırılan bu cihaz əslində ayaqqabıdan daha çox təkərli konkidir ki, onu ayaqqabıya bağlamaqla hərəkət etmək mümkündür.

Ayaqqabılara bağlanan bu motorlu konki əldə tutulan pult vasitəsilə idarə olunur. İxtiraçının sözlərinə görə saatda 16 km. sürətlə hərəkət edən bu konkiləri idarə etmək çox asandır. İstənilən yerdə elektrik cərəyanına taxılaraq enerji dolumu edilə bilən bu konkilərin hər birində ayrı-ayrılıqda litium batareyalar mövcuddur. İxtiraçının sözlərinə görə bu məhsul bazara çıxarıldıqdan sonra 16 yaşdan yuxarı hər kəs onu ala və qısa müddətli məşqlərdən sonra asanlıqla istifadə edə bilər.


Səlim Xan
30 dekabr, 2011 - 11:54

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player