« Geri

Ən çox korrupsiyaya uğramış ölkələrin siyahısına Rusiya liderlik edir

Mətn ölçüsü:  
Ən çox korrupsiyaya uğramış ölkələrin siyahısına Rusiya liderlik edir

“Transparency International” beynəlxalq antikorrupsiya təşkilatı 2011-ci ildə ixrac şirkətlərinin xaricdə fəaliyyəti üzrə rüşvətxorluq indeksini özündə əks etdirən siyahı tərtib edib. Məlumata görə, bu il siyahıda lider mövqedə Rusiya qərarlaşıb.
Ümumiyyətlə, analitiklər iqtisadiyyatın əsas 19 sahəsini əhatə edən 28 şirkətin fəaliyyətinə diqqət yetirib. Siyahıda 10 punkta yaxın olan ölkə xaricdə ən az rüşvətxorluq səviyyəsi ilə öyünə bilər. Bu il belə ölkə 8,8 punkt toplayan Hollandiya olub. Rusiya reytinqdə 6,1 punkt, ikinci yerdə qərarlaşan Çin isə 6,5 punkt toplayıb. “Rusiya və Çinin belə vəziyyəti ciddi narahatlığa səbəbdir. Belə ki, bu iki ölkənin şirkətlərinin sayı dünya bazarlarında durmadan artır. Rüşvətxorluğun bu cür səviyyəsi iqtisadiyyatın müxtəlif sektorlarına mənfi təsir göstərə bilər. Son illər ərzində Rusiya şirkətləri öz iştiraklarını neft-qaz sahəsində, Çin şirkətləri isə infrastruktur və mədənçıxarma sənayesində artırıb” - deyə, “Transparency International”ın məlumatında bildirilir. Siyahıda üçüncü yerdə Meksika, dördüncü yerdə İndoneziya qərarlaşıb, beşinci və altıncı yerləri isə Birləşmiş Ərəb Əmirlikləri və Argentina bölüşdürür. İxrac şirkətlərinin xaricdə fəaliyyəti üzrə rüşvətxorluq indeksi belədir.

Rusiya 6,1
Çin 6,5
Meksika 7,0
İndoneziya 7,1
BƏƏ 7,3
Argentina 7,3
Səudiyyə Ərəbistanı 7,4
Tayvan 7,5
Hindistan 7,5
Türkiyə 7,5
Cənubi Afrika 7,6
Malayziya 7,6
İtaliya 7,6
Honkonq 7,6
Braziliya 7,7
Cənubi Koreya 7,9
İspaniya 8,0
Fransa 8,0
ABŞ 8,1
Böyük Britaniya 8,3
Sinqapur 8,3
Sinqapur 8,3
Kanada 8,5
Avstraliya 8,5
Yaponiya 8,6


12 noyabr, 2011 - 19:29

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player