
ÜFÜQ
(səhər əyləncəli-informasiya proqramı)
2008-ci il sentyabr ayının 1-dən efirdə yayımlanan veriliş maraqlarınıza uyğun informasiyanı əhatə edir.
Proqramda dünyamızın qəribəliklərindən, gözəlliklərindən, dəyişən və yenilənən dövrdən söhbət açılır.
Hər bir insanın daxili aləminə görə bəyəndiyi və qiymətləndirdiyi incəsənət növü vardır. İncə sənətlərin mədəni inkişafın təməlində durduğu da danılmazdır. Dünya mədəniyyətində olub-bitənlərdən də “Üfüq”də xəbər tuta biləcəksiniz. s
Musiqi yalnız özünәmәxsus xüsusi formada gerçәkliyi tәcәssüm etdirir, cәmiyyәtin vә dövrün әsas ideyalarını, insanların münasibәtindәki әn mühüm cәhәtlәri ifadә edir. Musiqinin ahənginə də uya biləcəyiniz verilişdə dünyanı dəyişən qadın gücündən və qadın gözəlliyindən də bəhs olunacaq...
Son illər elmi-texniki tərəqqinin tempi süni surətdə yaradılmış nanometr ölçülü obyektlərin istifadəsindən asılı olaraq müəyyənləşir. Müasir cəmiyyət texnologiyayla yan-yana addımlaya bilir. Sağlam həyatın sirlərini də əlavə etsək, həyatın hər açılan səhərində dünyadan xəbərləri “Üfüq”dən alın...
Hər həftənin şənbə günü maraqlı mövzular haqqında verilişin qonağı öz fikrini bildirəcək.
Hər gün səhər 08:10-dan 10:00-dək Kəpəz TV-nin efirində "ÜFÜQ" əyləncəli-informasiya proqramını izləyə bilərsiniz.
Verilişin aparıcıları Leyla Qəhrəmanqızı və Qəmər Banudu.