Tədbirdə ötən yarım ildə əldə olunan uğurlar və qarşıda duran planlar müzakirə olunub.
Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialın direktoru Xəyal Hacıyev son 6 ayda idman məktəblərində görülən işlərdən və idmançların əldə etdiyi uğurlardan söhbət açıb. Əvvəlki illərlə müqayisədə 2011-ci ildə nəticələrin daha çox olduğunu qeyd edib. 2012-ci ilin idman ili elan olunması ilə əlaqədar nəaliyyətlərin davamlı və daha çox olmasını arzulayıb.
Baş məşqcilərin də hesabatını dinləyən Xəyal Hacıyev onlardan bəzilərinin işilərinin qənaətbəxş olduğunu, bəzi məşqçilərinsə işlərində hələ də nöqsanların olduğunu bildirib. Həmin problemlərin bu il ərzində aradan qaldırılmalı olduğunu söyləyib. Qeyd edək ki, Təhsil Respublika İdman Mərkəzi Gəncə fililalı Qərb bölgəsində ən böyük bazalardan biridir. Buna baxmayaraq binada 1980-ci ildən təmir işləri aparılmayıb. 2011- ci ildə idman ocağında təmir bərpa işlərinə başlanılıb və idman ocağında şərait qismən yaxşılaşdırılıb.
Hesabat yığıncağında 2012-ci ilin iş planı da təsdiqlənib. Nəzərinizə çatdıraq ki, idman mərkəzində yeniyetmə və gənclərin məşğul olduğu 13 idman növünün hər birisi olimpiya növüdür. Filialda müxtəlif növlər üzrə ümumilikdə 2.500 idmançı məşq edir.
Fariz Əlizadə