
REPORTYOR
(təhqiqat proqramı)
“Reportyor” sözünün mənası “müxbir” deməkdir. Bu verlişdə müxtəlif hadisələrin yarama səbəbləri və fəsadları müzakirə olunur. Proqramda həkim, psixoloq və başqa mütəxəsis fikirləri ilə yanaşı zərər cəkənlər dinlənilir.
Uşaq hüquqlarının pozulması, onların zorakılığa məruz qalması, uşaq alveri, atılmış uşaqlar, valideyinlərin uşaqlarından imtina etmələrinin əsas səbəbləri, evdən və usaq evlərindən qaçan uşaqların taleyi və s.
Erkən nigah, onun törətiyi fəsadlar, zərər çəkənlər, qızların təhsil hüquqları, onların mülkdən məhrum olması, erkən nigah nəticəsində qızların orqanizmində baş verən dəyişikliklər və s.
Alkoqolizim və ona qarşı artan tələbat, qadın alkaqolu, alkaqolun qəbulu və gələcək nəsilə təsiri.
Narkomaniya. Qəbul edənlərin sayının artması.
Qadın alveri. Onların necə aldadılması və satılması.
Kaloniyalara düşməyin səbəbi və onların həyat tərzi.
AİDS xəstəliyinin yayılma yolları, onların daşıyıcıları, xəstəliyə tutulanlarda ilkin əlamətlər.
“Reportyor” verilişində problemlərin keçmişdə yaranması, bu günümüzdə və gələcəkdə törədəcəyi fəsadlar qabarıq formada tamaşaçıların nəzərinə çatdırılır.
Həftənin şənbə günləri saat 20:00-da efirdə yayımlanan "Reportyor"-u izləməyi unutmayin.
Verilişin aparıcıları Türkan Vahidqızı, Alik Rzaoğlu, rejissoru Çinarə Hüseynzadədi.
|
05.05.2012
Elektron ticarət nədir?
Artıq internet həyatımızın əvəzolunmaz bir hissəsinə çevrilib. Real mühitdə icra etdiyimiz bir sıra məsələləri də virtual məkanda həyata keçirə bilirik. Bunlarda biri haqqında danışacağımız elektron ticarətdir. Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür.
|
|
28.04.2012
Tərk edilmiş ahıllar
Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik insanlar hesab olunublar. Onlara cavanlar da, böyüklər də hörmətlə yanaşır, fikirləri ilə hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Amma bəzi vaxtlarda qoca insanların atıldıqlarının şahidi oluruq. Ataya –anaya hörmətsizlik edənlər də tapılır. “Reportyor”un bugünkü buraxılışında da məhz qocalar evinin sakinlərindən danışacağıq.
|
|
21.04.2012
Ayaqüstü qidalar və onların yaradığı fəsadlar
İnsanı yaşadan təbii ki, yeməkdir. Gərək o yemək sağlamlığını da yaşada. Hal-hazırda hər bir sahədə sürətli dəyişikliklər baş verir. Bu irəliləyiş insanların həyat tərzinə də təsir göstərir. Əvvəl isti ocaqda təbii məhsullarla bişirilib, süfrə ətrafında yeyilən yeməkləri indi mənşəyi bəlli-olmayan süni qidalar əvəz edir. “Reportyor” da bu gün fast-food- yəni tez bazar hazırlanan, ayaqüstü yeyilən qidalardan və onların qəbulundan sonrakı insanların qarşılaşdığı fəsadlardan bəhs edəcəyik.
|
|
14.04.2012
Milli rəqslərimizin bu günü
Azərbaycan rəqsləri - özündə qədim və zəngin tariхi daşıyır. Lakin bu gün öz müxtəlifliyi ilə seçilən rəqslərimiz aşınmalara məruz qalmaqdadır. Bir sıra toy və bayram mərasimlərində bunu aydın bir şəkildə görmək mümkündür. Bu səbəbdəndir ki, rəqslərimiz müxtəlif xalqlar tərəfindən oğurlanır, öz tarixi keçmişindən uzaqlaşdırılır... Bununla belə günahı yalnız başqa xalqlarda yox, həm də özümüzdə axtarmalıyıq ki, dəyərlərimizə laqeyd yanaşırıq. Bu gün “Reportyor”da milli rəqslərimiz, onun keçdiyi tarixi yol və bu günkü vəziyyətindən danışacağıq.
|
|
07.04.2012
Gözdəymə, bəd nəzər varmı?
Kimisi bunu adi hal hesab edir, kimisi üçünsə bu, bir növ fobiyadır. Nəzərə inanan da var, inanmayan da. Bununla bağlı elm və insanların düşüncələrində fərqli fikirlər mövcuddur. Son vaxtlarda isə insanın mənfi və ya müsbət enerjilər yayması ilə bağlı bir sıra tədqiqatlar aparılır və maraqlı nəticələr əldə edilir. “Reportyor”un aprelin 7-ə olan buraxılışında gözdəymə və bəd nəzər söhbət açılacaq.
|
|
10.03.2012
Ailədaxili zorakılıq və onu yaradan səbəblər
Ailədə zorakılıq, olduqca geniş mövzudur, bu, həm kişinin qadına, uşaqlara qarşı zorakılıq etməsidir, eyni zamanda qadının kişiyə və uşaqlara qarşı zorakılığı anlamını da verir. Amma zorakılıq anlayışı bunlarla yekunlaşmır, ailədəki qocalara təzyiq da ailəiçi zorakılıq adlanır. Bu dəfə “Reportyor” proqramında ailəiçi zorakılığın səbəblərini araşdırmağa çalışdıq.
|
|
03.03.2012
Atılmış uşaqlar və onların gələcək aqibəti
Son zamanlar cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də küçələrə valideynləri tərəfindən atılmış uşaqlardır. Bəzi valideynlər tərəfindən övladlarına qarşı laqeyd münasibət var. Biz də “Reportyor” verilişində məhz bu problemi yaradan səbəblərdən, atılmış uşaqların gələcək həyatlarından bəhs edəcəyik.
|
|
25.02.2012
Xocalı soyqırımından 20 il ötür
Müasir dünyanın ən ağır faciələrindən biri Xocalı soyqırımıdır. Hazırlanması, həyata keçirilməsi baxımından Xocalı çox fərqli bir şəkildə yaşandı. Bu hadisə insanın necə heyvanlaşa bildiyini gözlər önünə sərdi.
Xocalı həm də erməni xəyanətinin pik nöqtəsi oldu…vəhşi , qəddar, terrorçu qruplar bir anda bir millətin, bir dövlətin ordusunu təmsil edərək vəhşi heyvanların belə edə bilmədiyi işkəncələri etdi. “Reportyor”da bu dəfə Xocalı soyqırımdan bəhs ediləcək.
|
|
18.02.2012
Ana dilimizin bugünkü siması
Hər bir xalqın həyatında mühüm rol oynayan faktorlardan biri, bəlkə də başlıcası dildir. Dil həm psixologiyadır, həm də mədəniyyətdir. Milləti birləşdirən, onun tarixin “dağıdıcı” sınaqlarından keçməsində, azadlığının qorunub saxlanmasında və gələcək nəslə ötürülməsində, şübhəsiz ki, milli dilin rolu əvəzedilməzdir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Məlumdur ki, bir neçə gün bundan sonra yəni fevral ayının 21-də bütün dünya Beynəlxalq Ana dili günü qeyd edəcək. Elə bunu nəzərə alaraq, “Reportyor” da bu dəfə Ana dilindən danışacağıq. Onun özəlliyindən, bugünkü durumundan və qorunmasından.
|
|
11.02.2012
İnsanların aludə olduğu pis vərdişlər
Təcili tədbirlər görülməzsə, 21-ci əsr 1 milyard insanın ölümü ilə nəticələnəcək! Söhbət dövrümüzün problemlərindən ən aktual hesab edilən tütündən gedir. “Reportyor”-a ayrılan zaman ərzində tütünün-siqaretin insanların sağlamlığına vurduğu zərərdən, ümumilikdə isə pis vərdişlərdən bəhs ediləcək.
|
|
04.02.2012
Azərbaycan gəncliyinin bu günü
1997-ci ildən bəri 2 fevral ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda gənclər günü kimi qeyd edilir. Bu dəfə tamaşaçılar “Reportyor” verilişinin xüsusi buraxılışını izləyəcəklər. Beləki, proqramda ekspertlər və gənclərlə bərabər bugünkü gənclərdən, onların maraq dairəsindən və ümumiyyətlə gənclikdən danışılacaq.
|
|
28.01.2012
İctimai nəqliyyatın bugünkü vəziyyəti
Bu gün sərnişindaşımada rastlaşdığımız problemlər demək olar ki, adiləşib. Bir müddət əvvəl sərnişindaşımada ən ağrılı problem marşrut qıtlığı və avtobus çatışmazlığı idisə, indi bu məsələ daha yaddan çıxıb. O demək deyil ki, problem həllini tapıb. Xeyr, sadəcə sərnişindaşımada indi problemlər yaranıb ki, əvvəlkilər necə deyərlər “onun yanında toya getməlidir”. “Reportyor”da bu həftə məhz bu problemlərin yaranma səbəblərindən bəhs ediləcək.
|
|
14.01.2012
Əcnəbi vətəndaşlar Azərbaycan haqqında...
Ölkəmizin yerləşdiyi geo-strateji mövqeyi hər zaman digər ölkələrdə yaşayan insanların diqqət mərkəzində olub. Son zamanlarda isə beynəlxalq əlaqələrin genişlənməsi nəticəsində ölkəmizin müxtəlif yerlərinə, eləcə də Gəncəyə gələn əcnəbilərin sayı çoxalıb. “Reportyor” un bu dəfəki buraxılışında xarici vətəndaşların Azərbaycana gəlişindən və onların ölkəmizlə bağlı fikirlərindən, Azərbaycan mədəniyyətinə münasibətindən bəhs ediləcək.
|
|
07.01.2012
Ailədə xəyanət: Niyə yaranır, haradan qaynaqlanır?
Ailədə xəyanəti yaradan səbəblər çox ola bilər. Öncəliklə, əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. “Reportyor”verilişinin bu həftəyə olan buraxılışında ekspertlərin köməyi ilə bu boşluqları yaradan problemlərdən və onların qaynağından bəhs edilir.
|
|
24.12.2011
Sağlamlıqdan məhrum uşaqların aqibəti
Hazırda Azərbaycandakı əlillər sırasında həyat tərzini digər həmyaşıdları kimi normal keçirməkdən məhrum olan minlərlə uşaq var. Bir sıra səbəblər var ki, uşaqların dünyaya gəlişi zamanı bu problemi yaradır. Həkimlər isə bu qənaətdədirlər ki, bura qan qohumlarının nikahından tutmuş, uşağın doğulmasından əvvəl valideynlərin psixoloji vəziyyətinə qədər bir çox səbəblər daxildir. Daha ətraflı “Reportyor”da
|
|
31.12.2011
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü
31 Dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. “Reportyor” verilişinin bu buraxılışında Azərbaycan xalqının həmrəyliyindən danışılacaq.
|
|
17.12.2011
“İkinci əl“
“Second hand” - bu ingilis sözünün tərcüməsi “ikinci əl“ deməkdir. “Second hand” istifadə olunmuş əşyaların satışını həyata keçirən mağazalar şəbəkəsinin ümumi adıdır. 10 ildən artıqdır ki, bu şəbəkə Azərbaycanda, əsasən də paytaxt Bakı şəhərində fəaliyyət göstərir. Onlar MEMO markası adı altında işlərini davam etdirirlər. ikinci əl geyimlərinin toplanması və ölkəmizdə satışı “Reportyor”un bu həftəyə olan buraxılışında.
|
|
10.12.2011
Gənclərin işə qəbul qaydaları
Karyera — insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır. Çox vaxt yolla gedərkən küçə elanlarına rast gəlirik. Elə bunu nəzərə alaraq “Reportyor” bu dəfə işə qəbul olunma qaydaları, əmək müqaviləsinin əhəmiyyəti və bununla əlaqədar digər məqamlara toxunacaq.
|
|
03.12.2011
QİÇS-dən qorunmaq üçün normal həyat tərzi keçirin
Dekabr ayının 1-dən 10-a qədər dünyanın hər yerində QİÇS-lə mübarizə günləri kimi qeyd edilir. Bəşəriyyətin bəlasına çevrilmiş bu xəstəliyin sürətlə yayılmasının qarşısını hələlik heç cür almaq mümkün deyil. Dünya alimləri illər boyu tədqiqatlar aparsalar da, hələlik onun dərmanı tapılmayıb. “Reportyor”da “QİÇS-in yayılmasının necə qarşısını almaq olar?”- sualına cavab axtarılıb.
|
|
26.11.2011
Hərbi hazırlıq fənninin əhəmiyyəti
“Reportyor”un bu həftəyə olan buraxılışında çağırışaqədərki hərbi hazırlıq fənninin əhəmiyyətindən və orta məktəblərdə bu fənnin tədrisindən bəhs edəcəyik. Yetişməkdə olan gənc nəslə Vətənə məhəbbət, torpağa sevgi kimi hissləri təlqin etməkdə, qəhrəman oğullarımızın timsalında mərdlik və qəhrəmanlıq hissləri aşılamaqda çağırışaqədərki fənninin rolu danılmazdır.
|
|
19.11.2011
Plastik qablardan düzgün istifadə qaydası
“Reportyor”un toxunduğu bu dəfəki mövzu birbaşa məişətlə, mətbəxlə bağlıdır. Bu dəfə gündəlik həyatımızda çox istifadə etdiyimiz plastik qablar haqqında söhbət açacağıq. Bu qablardan nə dərəcədə, hansı hallarda istifadə etmək olar? Bu suallara mütəxəsisslərin köməyi ilə cavab veriləcək.
|
|
12.11.2011
Alimentin tutulması
Azərbaycanda boşanan ailələrin sayı durmadan artır. Bu ailələrin əksəriyyətində böyüyən uşaqlar maddi sıxıntılar içərisində qalır, onlar üçün aliment almaq valideynlərinin həll edə bilmədiyi çox ciddi problemə çevrilir. Azərbaycanda alimentin alınması prosesindəki maneələr artıq bir problemdir. 12 noyabr tarixində “Reportyor” məhz alimentin tutulması və bu mövzuyla bağlı digər məsələlərə toxunacaq.
|
|
29.10.2011
Azərbaycan poeziyası
Sahib olduqları məlumatların yarıdan çoxunu oxumaqla əldə edən insan düşüncə, bacarıq və iş baxımından digərlərindən hər zaman fərqlənir. Şəhərimizdə kifayət qədər kitab mağazaları yoxdur, bu vəziyyət oxucu sayını azaldır.Elektron kitabxanalara münasibət birmənalı deyil. Ədəbiyyatımızda plagiat mövzusu və oxucuların mütaliəyə marağı Reportyorun bu dəfəki mövzusudur.
|
|
22.10.2011
Sürücülük mədəniyyət
Sürücülük mədəniyyət deyildikdə hər kəs bir cür başa düşür. Bütün sahələrdə etika gözlənildiyi kimi ,yollarda da bu mövhuma diqqət yetirilməlidir. Piyada, sərnişin hətta sürücünün özü belə əxlaqa zidd olan hərəkətlərdən çəkinməlidir.Sürücülük mədəniyyəti anlayışı bəziləri üçün tam anlaşılmayan mövzu olduğundan Repotyorun araşdırmasına çevrilidi.
|
|
15.10.2011
Müstəqillik yollarında
20 il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı milli dövlətçilik tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq ondan qat-qat məsuliyyətlidir. 1991-ci ildə müstəqilliyimizi əldə etsək də 1993-cü ilin iyun ayına qədər bunun əbədiliyinə təminat yox idi. Başımıza gələn müsibətlər, hakimiyyət uğrunda mübarizə, hərc-mərclik, anarxiya, xaos, siyasi qalmaqallar, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, habelə Azərbaycanın beynəlxalq aləmdə imicinin aşağı düşməsi acı tariximizdir. Bir sözlə, ölkəmiz parçalanma təhlükəsi ilə üzləşdi.
|
|
18.06.2011
Süni mayalanma nədir?
Statistika göstərir ki, bütün dünyada sonsuzluq səbəbindən baş verən boşanmaların sayı əvvəlki illərlə müqayisədə inanılmaz dərəcədə aşağı düşüb. Bu gün sonsuzluq varsa da, süni mayalanma da var. Müxtəlif səbəblərdən qadında sonsuzluq baş verdikdə, ər və arvadın hər ikisinin razılığı və istəyi ilə süni mayalandırma üsulundan istifadə oluna bilər. Bu üsul hazırda ölkəmizdə də geniş yayılmışdır və bu vasitə ilə çox ailələrdə uşaq dünyaya gəlmişdir. Bəzən ailələr 1 övlad gözləyirlər və bu zaman onlar inanılmaz hallarla qarşılaşırlar. Ancaq lazımi müalicədən sonra həmin ailədə 3 ya 4 uşaq dünyaya gəlir. Belə hallara da az təsadüf olunmur. Deməli, sonsuzluq böyük bir bədbəxtlik, çarəsiz bir bəla hesab olunmamalıdır. Təbabət insanlara baş verən bu çətinliyin əlacını tapmışdır. Süni mayalanma haqda daha ətraflı “Reportyor”un bu dəfəki buraxılışında.
|
|
11.06.2011
Turizm ili
Azərbaycanın əlverişli coğrafi və təbii iqlim şəraiti, landşaftın zənginliyi, iqtisadi imkanların artması turizm sənayesinin və ekoturizmin inkişafı üçün əhəmiyyətli zəmin yaradır. Bu, həm ölkəmizə gələn turistlərin sayının artım dinamikasında, həm turizmin keyfiyyət və kəmiyyət baxımından inkişafında, həm də yeni yaradılan obyektlərin və infrastrukturun modernləşdirilməsində özünü göstərir. Dövlətin bu sahəyə dəstəyinin güclənməsi və turizm infrastrukturunun yenidən qurulması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi turizm sənayesinin intensiv inkişafına imkan yaratmaqdadır. 2011-Turizm ili çərçivəsində bu sahəninin inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
|
|
28.05.2011
Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması
Şərqin ilk dünyəvi dövləti olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasından düz 92 il ötür. Yeni-yeni aşkara çıxan tarixi faktlar göstərir ki, bu cühuriyyətin qurulmasında gəncəli ictimai və siyasi xadimlərin də rolu böyük olub. Elə ADR-in fəaliyyətin ilk dövr də məhz Gəncə ilə sıx bağlıdır. Azərbaycanın müstəqillik ideyalarının ilk dəfə dilə gətirilməsi də Gəncə ictimai siyasi mühitindən çıxan ziyalıların adı ilə bağlıdır. Bakının erməni işğalından azad etmək üçün Nuru Paşanın Azərbaycana dəvət olunması da Gəncə ziyalılarının böyük səyi nəticəsində baş tutub.
|
|
14.05.2011
Hüquqi maarifsizlik
“Reportyor”un bu dəfəki buraxılışında hüquqi maarifsizlikdən bəhs edilir. İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir. İnsan hüquqları yalnız dövlətlə insanlar arasında olan münasibətlərə aid məsələdir. Yəni insan hüquqlarına dair normalar yalnız dövlət və insan arasında yaranan münasibətləri nizama salır ki, bu da onu digər hüquq sahələrinin normalarından fərqləndirir. Insan hüquqları haqda daha ətraflı “Reportyor” da
|
|
07.05.2011
9 May Qələbə Günü
Bəşər tarixində ən böyük beynəlxalq hərbi siyasi qarşıdurma olmuş II dünya müharibəsi 1939-cu il sentyabrın 1-də almanların Polşa üzərinə hücumu ilə başladı. Qısa müddətdə Almaniya və onun müttəfiqləri hərbi əməliyyatların coğrafiyasını daha da genişləndirdilər. 1941-ci il iyunun 22-də Almaniya hələ 1939-cu il avqustun 23-də SSRİ ilə imzaladığı “Hücum etməmək haqqında” müqavilənin tələblərini pozaraq SSRİ üzərinə böyük hərbi kontingentlə hücuma keçdi. 1941-ci il iyunun 22-dən 1945-ci il mayın 9-na qədər olan dövr tarixşünaslıqda “Böyük Vətən Müharibəsi” adlanır.
|
|
30.04.2011
Sağlamlıq imkanları məhdud olan uşaqların sayı artır
Hazırda Azərbaycandakı əlillər sırasında həyat tərzini digər həmyaşıdları kimi normal keçirməkdən məhrum olan minlərlə uşaq var. İlk növbədə əlil uşaqların dünyaya gəlişinin səbəblərini aydınlaşdıraq. Bir sıra səbəblər var ki, bu problemi yaradır. Həkimlər isə bu qənaətdədirlər ki, bura qan qohumlarının nikahından tutmuş, uşaq doğulmalarından əvvəl valideynlərin psixoloji vəziyyətinə qədər bir çox səbəblər daxildir. Daha ətraflı “Reportyor”da...
|
|
23.04.2011
Kitabxanaların fəaliyyəti
Reportyorun bu dəfəki buraxılışında mövcud kitabxanalardan, onların fəaliyyətindən, mütaliə etmək problemindən söz açacağıq. Görək insanların kitab oxumağa marağı niyə azalıb, problem kitabxanalarda yoxsa oxuculardadır? Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Əvvəllər hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Bəs bunun səbəbləri nədir?Cavabsız qalan suallara Reportyorda cavab tapılacaq.
|
|
23.04.2011
Kitabxanaların fəaliyyəti
Reportyorun bu dəfəki buraxılışında mövcud kitabxanalardan, onların fəaliyyətindən, mütaliə etmək problemindən söz açacağıq. Görək insanların kitab oxumağa marağı niyə azalıb, problem kitabxanalarda yoxsa oxuculardadır? Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Əvvəllər hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Bəs bunun səbəbləri nədir?Cavabsız qalan suallara Reportyorda cavab tapılacaq.
|
|
16.04.2011
Genetik modifikasiya
Reportyorun bu dəfəki buraxılışında insan sağlamlığı üçün kifayət qədər böyük təhlükə törədən geni dəyişdirilən məhsullardan: Genetik modifkasiyadan danışacağıq. Məcazi mənada istehsalda “inqilab” adlandırılan bu üsul əslində özü ilə çoxsaylı fəsadlar da gətirir. Bu mənada təqdim olunan mövzu müasir dövr üçün aktuallıq kəsb edir. Əgər ekoloji cəhətdən təmiz və ya normal şəraitdə yetişdirilən kənd təsərrufatı məhsullarının saxlama müddəti çox az olursa, "GM" məhsullarda bu müddət uzundur. Bu da həmin məhsulların uzaq ölkələrə ixrac olunmasına şərait yaradır. Sirr deyil ki, istənilən kənd təsərrüfatı məhsulunu genetik modifikasiyaya uğratmaqla məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür.
|
|
09.04.2011
Gəncə futbolunun tarixi
Özünün 100 illik yubileyi ərəfəsində olan Azərbaycan futbolunun başlanğıc nöqtəsi sözsüz ki, Bakıdır. Futbol ölkəmizə respublika paytaxtından yayılmağa başlayıb. Bakıdan sonra futbol azərbaycanını digər bölgələrinə ayaq açıb ki. bu sırada Gəncənin adı birincidir. Şəhər əhalisi tədricən topla oynanılan bu növ haqda məlumatlanıb. İlkin təsuratlar yaranıb , fikirlər formalaşıb. Futbolun Gəncəyə gəlişinin nə vaxt və necə gəlişinin qədim və maraqlı tarixçəsi var.
|
|
02.04.2011
31 Mart soyqırımı
Azərbaycan tarixinində ən qanlı səhifələrdən biri 1918-ci il 31 Mart soyqırımıdır. Ümumiyyətlə, erməni barbarları tərəfindən xalqımıza qarşı həyata keçirilən qətliamlar bir sıra xüsusiyyətlərinə görə oxşarlıq təşkil edir. Misal üçün: qəddarlığına, şüurlu şəkildə icra olunmasına və qabaqcadan planlaşdırılmasına görə...Ermənilərə bu “işlər”-də həmişə “qardaşları” köməklik göstərib. Bunu arxiv matrealları və eləcə də şahid dindirmələri də təsdiq edir. 1918-ci il Mart hadisələrinin törədilməsində əsas məqsədlərdən biri də həmin ərəfədə Azərbaycanda genişlənməkdə olan milli azadlıq mübarizəsini boğmaq idi. Xalqımız ağır məşəqqətlərə məruz qalsada, müstəqillik uğrunda mübarizəni sona qədər davam etdirdir!Nəticədə, Şərqdə ilk demokratik prinsipləri özündə ehtiva edən Azərbaycan Xalq Cumhuriyyəti yarandı.
|
|
26.03.2011
Milli adət və ənənələrimiz
Milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də dəyişmələrə məruz qalır. Bu dəyişmələr millətin, xalqın yaradıcılıq nümunələrində yaşayır və elə bu şəkildə də nəsildən-nəsilə ötürülür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapır. Tariximizi və keçmişimizi əks etdirən adət - ənənələr, onların qorunması və yaşadılması Reportyorda.
|
|
19.03.2011
Qadın sahibkarlığının inkişafı
Azərbaycanda qadınlar əsasən təhsil, səhiyyə və sosial xidmətlər, kommunal xidməti, emal sənayesi kimi sahələrdə daha çox təmsil olunurlar. Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda qadın sahibkarlığı inkişaf etməyə başlayıb. Qadın sahibkarlığın dəstəklənməsi və tənzimlənməsi cəmiyyətdə bərabərliyə nail olunması üçün mühüm bir addımdır.
|
|
05.03.2011
Qadınların təhsil almalarına nə mane olur?!
Qızların təhsildən yayınmalarına nə səbəb olur?
Təhsil - insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada bilik həcmi əsas deyil, ondan sərbəst olaraq istifadə emək keyfiyyətləri əsas sayılır. İnsanın formalaşmasında təhsilin səviyyəsinin rolu danılmazdır. Qızların təhsildən yayınmalarının əsas səbəbləri hansırlardır? Reportyorun bu dəfəki buraxılışında ekspertlərlə bərabər bu suala cavab axtarmağa çalışdıq.
|
|
26.02.2011
Xocalı faciəsi
Tarixi Azərbaycan torpaqlarında özlərinə “dövlət” quran ermənilər zaman-zaman xalqımıza qarşı təxribatlar, soyqırımlar həyata keçiriblər. Maraqlıdır ki, həmişə də “dostları”-nın yaxından köməyi və xüsusi canfəşanlığı ilə...Məqsəd aydındır: İnsanlarda qorxu, vahimə yaratmaq, bundan isə bir vasitə kimi “Böyük Ermənistan” xülyasının reallaşdırılmasında istifadə etmək idi. Bunun üçün də vaxtaşırı fürsət düşən ki, bu məkirli niyyətlərini həyata keçirirdilər. Xocalı soyqırımı sözün həqiqi və əsl mənasında “insanlığa qarşı cinayət”-dir desək, yerinə düşər.
|
|
19.02.2011
Muzeylərin fəaliyyəti
Zəngin maddi-mədəniyyətimizi, tariximizi və mənəvi dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq üçün muzeylərin qorunması və inkişafı vacibdir. Muzey ona görə əhəmiyyətlidir ki, burada bir xalqın, millətin əsrlər boyu qurub yaratdığı nadir, qiyməti olmayan eksponatlar mühafizə edilir. Odur ki, hər birimiz muzeylərin tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik.
|
|
12.02.2011
Məktəbəqədər təhsil müəssisələri
Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər təhsil uşaqlar üçün vacibdirmi, bağçadan məktəbə gedən uşaqlarla digərlərinin fərqi nədən ibarətdir, bu müəssisələrdə çalışan tərbiyəçilər hansı keyfiyyətlərə malik olmalıdırlar?
|
|
05.02.2011
Gənc kadrların işsizlik problemi
Dünyada elə bir ölkə yoxdur ki, orada gənc kadrların işsizlik problemi tam şəkildə həll edilmiş olsun. Əslində gənc kadrların işlə təminatı ilə bağlı çətinliklərin çözülməsi üçün onlara vakant iş yerləri təklif olunur. Bəzi hallarda isə gənc kadrlar özləri müəyyən səbəblərdən bu yerlərdən imtina edir. Nəticədə isə bir çox sahələrdə xüsusən də ölkənin ucqar dağ rayonlarında kadrla bağlı çox ciddi problemlər yaşanır. Müasir dövrdə gənc ailələrin sosial vəziyyətinə mənfi təsir edən başlıca amillərdən biri də işsizlikdir. İş tapmağın çətinliyini indi həm ali təhsil alan, həm də təhsilsiz gənclər hiss edir. Statistikaya əsasən işsizlərin əksəriyyətini 35 yaşa qədər olan gənclər təşkil edir. Onlar arasında işsizliyin maksimal səviyyəsini isə 20-24 yaş arasında olan gənc kadrlar tutur.
|
|
29.01.2011
Ərzaq təhlükəsizliyi
Sağlamlığın təmin olunması üçün insanın istifadə etdiyi ərzaq məhsulları standartlara cavab verməli və həyat üçün təhlükəsiz olmalıdır. Hər bir insan mağazaya alışı-veriş etməyə gedəndə çalışır ki, məhz ekoloji cəhətdən sağlam və təmiz ərzaq alsın. Bu, ən azı onun və ailəsinin sağlamlığı üçün önəmlidir.
“Reportyor”un bu dəfəki buraxılışında bütün dünya ictimaiyyətini ciddi şəkildə narahat edən ərzaq və qida təhlükəsizliyi haqqında məlumatlar verilib.
|
|
22.01.2011
Şəhid ruhu əbədidir
Torpaqların qorunması, vətənin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Əsrlərdən bəri Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsində Gəncə həmişə öndə olub. XX əsrin ən böyük faciələrindən olan 20 Yanvar hadisələrinin qurbanları və elan olunmamış Qarabağ savaşında həlak olan şəhidlər “Reportyor”da.
|
|
15.01.2011
Ətraf mühit
Elmi-texniki inkişafin nəticəsində meydana çıxan yeni-yeni ixtiralar insanların rahatlığını təmin etsə də, özü ilə bəşəriyyəti tənəzzülə sürükləyən fəsadlar da gətirir. Artıq elə ümumbəşəri problemlər də var ki, onların həlli nəinki vacibdir, eyni zamanda Planetimizdə canlıların yaşaması və bir varlıq kimi mövcud olması üçün lazımdır. Bunlardan bir də ətraf mühitin çirklənməsidir.
|
|
25.12.2010
Asudə vaxt
Asudə vaxt – azad, istirahət vaxtıdır. Hər yaş dövründə bu vaxtdan düzgün istifadə etmək özünəməxsus əhəmiyyət kəsb edir. Hər bir şəxs yaşından asılı olmayaraq çalışmalıdır ki, boş vaxtını maraqlı və səmərəli keçirsin. «Vaxt qızıla bərabərdir» deyənlər səhv etməyiblər. Hər vaxtın tam, dolğun sərf edilməsi, zaman itkisinə yol verilməməsi günün tələbidir.
Bəs insanlar üçün asudə vaxt nədir? Və ən əsası da ondan düzgün istifadə edə bilirlərmi? Bu sualı çox mənalarda işlətmək olar. Maraqlı orasıdır ki, insanlar işdən sonra dostları, yaxınları, ailə üzvləri ilə hara getməyi xoşlayır və ya getdikləri zaman dincələ bilirlərmi? Paytaxt Bakıda regionlardan fərqli olaraq gəzməli yerlər çoxdu. Əsasən də, əyləncə məkanlarının çox hissəsi ailəli insanlar üçün nəzərdə tutulub. Əgər bu gün hər hansı bir ailəli kişi işdən çıxıb axşam olmağına baxmayaraq ailəsi, ən əsası da həyat yoldaşı ilə birgə maraqlı, romantik bir gecə keçirmək istəyirsə və ya elə götürək yeni il gecəsini restoranda, diskotekada və ya barda rəqs edərək keçirmək istəyirsə, bu, problem deyil.
|
|
18.12.2010
İnsanlar niyə teatra getmirlər?!
Teatr insan şüurunun formalaşmasında əsas yerlərdən birini tutur. Səhnədə hər hansısa bir obrazı yaradan aktyor sadəcə öz həyatını deyil, qəhrəmanının da həyatını yaşayır. Ötən illərə nəzər saldıqda açıq aydın görmək mümkündür ki, insanlar vaxt tapdıqca teatra gedir, bir tamaşanı belə ötürmürdülər. Bəs texnika əsri hesab edilən XXI –ci əsrdə dəyişən nədir? Niyə insanların üzü teatrdan dönüb, niyə əvvəllər tamaşaçı hay- küyü ilə dolu olan salonlar indi o səsin həsrətindədir? Bütün bu suallara cavab “Repotyor”da tapılacaq.
|
|
04.12.2010
SOS uşaq kəndi
Yer üzündə valideyinləri tərəfindən atılmış uşaqların sayı artmaqda davam edir. Bu baxımdan SOS uşaq kəndlərinin üzərinə böyük iş düşür. Azərbaycanda SOS uşaq kəndinin yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Burdakı bioloji ailələrdə böyüyən uşaqlar cəmiyyətin layiq vətəndaşı kimi yetişirlər.
|
|
27.11.2010
QİÇS – in keçmə yolları, ondan qorunmaq, əlamətləri və QİÇS-ə tutulmuş hamilə qadın hansı metodlardan istifadə etməlidir ki, anadan uşağa virus keçməsin.
Virus insanların sosial vəziyyətinə (statusuna) görə yox, həyat şəraitinə və vərdişlərinə görə seçir və o hər birimizin orqanizminə daxil ola bilər. QİÇS hər yerdə ola bilər. Beləliklə, dünyada orta hesabla hər gün 15 min nəfər bu virusa yoluxur. Hazırda dünya üzrə bu virusun daşıyıcıları 40 milyon yarımdan çoxdur və nəzərə alaq ki, bu hələ davam edir.
QİÇS-in müalicəsi hələ ki, mümkün deyil.
Xəstəlikdən qorxmaq yox, qorunmaq lazımdır.
|
|
20.11.2010
Müasir təhsilin problemləri
Müasir İTK-nın sürətlə inkişaf etdiyi bir dövrdə dünyanın aparıcı dövlətləri haqlı olaraq, təhsili ən strateji sahə və bütövlükdə cəmiyyətin inkişafının əsas meyarı kimi elan edir. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra təhsil sistemində islahatların aparılması zəruriyyəti ortaya çıxdı. Bu islahatların çağdaş təhsilimizdəki problemlərin çözülməsi istiqamətində konseptual əsas olacağı şübhə doğurmur.
|
|
13.11.2010
Xaricdə təhsil
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki, hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də qərb və yer kürəsinin digər qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Bu mənada xaricdə təhsil almaq dünya praktikasına yiyələnmək, dünyagörüşünü formalaşdırmaq, ən son elmi nailiyyətlərlə tanış olmaq baxımından əvəzedilməzdir.
|
|
06.11.2010
Azərbaycan teleməkanının bugünkü vəziyyəti
Televiziya birbaşa insan şüuruna təsir edir. O ekran qarşısında əyləşən tamaşaçıya istənilən məlumatı ötürə bilər. Yaşadığımız informasiyalı cəmiyyətdə kütləvi informasiya vasitələrinin əhəmiyyəti son dərəcə artıb. 6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır. Azərbaycan teleməkanının bugünkü vəziyyəti.
|
|
30.10.2010
Boşanma
Bu gün boşanmaların səbəbini araşdıranda bu səbəblərin 10% izinə haqq qazandırmaq olar, digər səbəblər o qədər cuzidir ki, belə səbəbləri görəndə yalnız bir fikir yaranır- boşanma. Lakin bu nə dəb, nə də ki, hər hansı bir əyləncədir. Evlilik hər birlik kimi arabir axsayan tərəfləri olan bir qurumdur. Bu axsamalar aradan qaldırılmadıqda isə nəticə təəssüf ki, boşanma ilə nöqtələnir. Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə, boşanma daha ağrılı olur. Evliliyin son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər. Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralaya bilərik: 1.İqtisadi problemlər 2.Tərəflərin sosial-mədəni səviyyə fərqliliyi 3.Cinsi problemlər 4.Ünsiyyət problemi 5.Tərəflərdən birinin xəyanəti 6.Ailədaxili şiddət 7.Qısqanclıq 8. Valideyin müdaxiləsi Boşanmağın digər səbəbi isə oğlanların savadsız, yəni təhsillərinin olmamağından irəli gəlir.
|
|
23.10.2010
Övlad qatilinə cevrilmiş analar
Abort hansı hallarda baş verir. Onun törətdiyi fəsadlar. Qadın ölümü, sonsuzluq və abort olunan qadınların növbəti doğumunda uşaqlarda nə kimi fəsadlar baş verir. Arzu olunmaz hamiləlikdən qorunma yolları. Abort iki halda baş verə bilər. Hamiləliyin qısa vaxtdan sonra özbaşına və ya süni sürətdə pozulması zamanı. Özbaşına abort kəskin və xronik infeksion xəstəliklər, xronik zəhərlənmələr, rezus amili və s. nəticəsində baş verə bilər. Süni abort isə dölə və ya hamilə qadının orqanizminə bilavasitə təsir etməklə hamiləliyin pozulmasıdır. Statistika rəsmi məlumatlara görə, hər il ölkədə 33 min abort edilir. Bu rəqəm qeyri-rəsmi məlumatlara görə isə 150-200 min arası dəyişir.
|
|
16.10.2010
Qadın alveri
Qadınların aldadılması. Qadın alverinin qurbanlarını müxtəlif yollarla aldadırlar, aparılan araşdırmalar nəticəsində məlum oldu ki, qadınları tək yadlar tərəfindən deyil, yaxın qohumları tərəfindən də aldadılaraq insan alverinin qurbanına çevrilirlər. Onların gələcək aqibəti insan alverinə məxsus Cinayət Məcəlləsi mövcuddur ki, bunun sayəsində bu işlə məşğul olan şəxslər cinayətə cəlb olunur. İnsan alveri deyəndə adətən ilk olaraq qadın alveri nəzərdə tutulur. Lakin bu alverin qurbanları tək qadınlar deyil, kişilər və uşaqlar da olması faktdır. Hesablamalara görə, insan alveri üzrə qadınlar 1-ci yerdə, ikinci yerdə uşaqlar, 3-cü yerdə isə kişi alveri durur...
|
|
09.10.2010
Erkən nikah
Erkən nikahlar ailə zorakılığının ən ağır formalarından biridir. Bu nikaha cəlb edilən qızlar hamiləlik dövründə də ciddi problemlərlə üzləşirlər. Erkən nikahlarda doğulan uşaqların ölüm halları da yüksək olur.
|
|
02.10.2010
Toy
“Toy hər bir millətə məxsus, soykökün daşıyıcısıdır”, deyib atalar. Digər mərasimlərimizdə olduğu kimi toy mərasimimizdə olan rituaların kökü qədimdən gəlir. Dədə-baba adətlərimizə riayət etmək həm gələcəyimizin sağlamlığına, büdcəmizə, ən əsası da mili dəyərlərimizin nəsildən-nəsilə keçirilməsinə və qorunmasına gətirib çıxarır. Çox təəssüf ki, müasir dövrümüzdə toy mərasimləri ilə bağlı babalarımızın əsrlərdən miras qoyub getdiyi adət-ənənələr öz çevrəsindən çıxmaqdadır. İndi Azərbaycanda ifrat dərəcədə elə eybəcər toy mərasimləri keçirilir ki, hamının ikrah hissinə səbəb olur. Yarandığı dövrdə xalqımızın bütün mərasimlərinin kökündə sırf humanistlik məqsədləri dayanıb. Buna görə də keçmişdə toylara pul deyil, gənc ailənin ehtiyacını ödəyə biləcək hədiyyələr aparırdılar. İndisə bu adətlərdən heç nə qalmayb. Əvvəllər kimisə toya dəvət edəndə o sevinir, toy sahibinin sevincinə şərik olurdu. İndi orta səviyyəli ailəni ayda heç olmasa bir toya dəvət etdikdə, aylıq maaşının yarısını həmin toya “nəmər “ olaraq yazılır. Vay o gündən ki, ay ərzində 2-3 toya dəvət etsinlər.
|
|
25.09.2010
Yas mərasimi
İllərin axarından süzülüb gələn mərasim-ayinlərimizin qorunub saxlanması təqdirəlayiqdir.Təbii ki, hər bir xalqın zamanla dəyişən, özünəməxsus yazılmayan qanunlar çərçivəsində adət-ənənələri vardır.Milli dəyərlərə söykənib inkişaf etmək isə hələ yas mərasimini təmtəraqlı etmək deyil, daha yüksək mənəvi dəyərlərin yaşadılmasıdır. Bugün Yas mərasimləri bəzən "musiqisiz toy"lara bənzəyir. Bəlkədə yas mərasimdə verilən nemətləri mərhum sağlığnda yesəydi və ya onun hüzn yerində olunan hörmət mərhuma qoyulsaydı onun həyatı bir qədərdə uzun olardı.Qəbirstanlıqlara başcəkəndə insanda fikir caşqınlığı yaranır. Bura mavzaleydi yoxsa Qəbirstanlıq.Bəzən isə ölü yiyəsi dəfndən sonra qəbrin ətrafındakı böyük bir ərazini çəpərləyir. ölmüş şəxsin məzarı üzərində təmtəraqlı qəbir daşları düzəltmək qadağandır. Qəbir əvvəl-axır dağılıb torpağa qarışmalı olduğu üçün, onu bacardıqca sadə şəkildə düzəltmək lazımdır.
|
|
12.09.2010
Ailədaxili münasibətlərin uşaqlara təsiri
Ən xoş, ən sevincli günlər, ən gözəl anlar ailədə birlikdə yaşanır, birlikdə paylaşılır. Uşaqlar ailəni bir- birinə bağlayan möhkəm bir bağdır. Bir arada yaşama istəkləri onların bütün fərqli xüsusiyyətlərini, xarakterlərindəki çatışmayan cəhətləri pərdələməyə kömək edir. Lakin bəzən uşaqlar belə ailənin sağlam şəkildə davam etməsinə kömək ola bilmirlər. Ailədə qarşılıqlı hörmət, sevgi olmadığından burada zərbəni daha çox uşaqlar alır. Ailə sosial varlığın zəruri tərəfi, cəmiyyətin ilkin özəyidir.
|
|
04.09.2010
Qlobal istiləşmə
İnsanların yaratdıqları maddi nemətlər, yeni-yeni ixtiralar bir tərəfdən xeyirlidirsə, digər tərəfdən də bir o qədər zərərlidir. “Qlobal İstiləşmə” anlayışını hər kəs bir cür başa düşür. Tarixən Yer üzərində iqilm dəyişmələri olub və insanlar bu prosesə adaptasiya olunublar.Ancaq mütəxəssislər haqlı olaraq, həyacan təbili çalırlar. Məsələ ondadır ki, indiki iqlim dəyişikliyi əvvəlkilərdən əsaslı surətdə fərqlənir. O, Yer kürəsinin 10 min ildə üzləşdiyi digər hadisələrdən ən sürətlisidir. Qlobal istiləşmənin təsirləri planetin hər yerində açıq aydın hiss edilir.
|