« Geri

Regionda qadın sahibkarlığının inkişafına dəstək verilir

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı qadın sahibkarların da inkişafına təkan olub. Son vaxtlar sahibkar qadınların fəaliyyətinin inkişafı üçün dövlət proqramları da qəbul olunub. “Qadın əl əməyinin inkişafı və özünə məşğulluğun artırılması” da bu qəbildən olan rəsmi sənəddir.
Sözügedən qanunun tətbiqindən sonra işgüzar xanımlara kredit verilməsi asanlaşıb. Ötən il ərzində regionda fəaliyyət göstərən xanım sahibkarlığının inkişafı üçün bir sıra layihələr həyata keçirilib. Aqrar kredit Səhmdar Kredit Bankının Gəncə filialının sədri Afina Babayeva sahibkar qadınlara güzəştli kreditlər verilməsinə həmişə hazır olduqlarını bildirib. Bu səbəbdən də Afina Babayeva qadın sahibkarlara edilən güzəştlərin artırılmasını zəruri sayır.

Afina Babayeva - Aqrar kredit Səhmdar Kredit Bankının Gəncə filialının sədri: “Qadın sahibkarlığını stimullaşdırmaq lazımdır. Bunun üçün xüsusi dövlət poqramın qəbul olunması labüddür. Xanımların maarifləndirilməsi və müəyyən güzəştlərin edilməsi zəruridir. Qadınların kreativ düşüncəsi biznesə yeni rəng və inkişaf gətirə bilər”.

28 yanvar, 2012 - 14:26


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player