
QADIN MARAĞI
(portret proqram)
Müasir dövrdə cəmiyyətimizdə qadınların rolu və mövqeyi böyükdür. Qadınlarımız istər siyasət və dövlət işlərində, istərsə də biznes və başqa işlərdə böyük bacarıqla irəliləyirlər. “Qadın marağı” layihəsində biz cəmiyyətimizdə öz fəaliyyətləri ilə seçilən öncül xanımlarımızla sizi görüşdürəcək, onların fikir və düşüncələri, həyata baxış rakursları ilə tanış edəcəyik.
Layihənin müəllifi Zəhra Qürbət və aparıcısı Kamal Yaşar .
|
Veriliş 20 - 28.02.2012
![]()
Bəsti Sevdiyeva
Muğam və muğamın ecazkar dünyasında xalqımızın ulu keçmişinə dalmaq hər zaman bizi həyəcanlandırıb. Öz bənzərsiz səsi və yaradıcılıq üslubu ilə Azərbaycan muğam sənətinə maraqlı tövhələr verən Bəsti Sevdiyevanın daxili dünyasına baxış... Xanəndənin düşüncələri və həyata baxış rakursu... Bəsti Sevdiyevanın musiqi dolu dünyası ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının “Qadın marağı” proqramında.
|
|
Veriliş 19 - 21.02.2012
![]()
Yeganə Cansail
Yenicə “Göy adamı” kitabını oxucularına təqdim edən göy adamı Yeganə Cansail-ilə olan səmimi, xoş söhbət... Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” fakültəsində təhsil alıb, hal-hazırda “Mədəniyyət” qəzetində jurnalist kimi fəaliyyət göstərən bu gənc xanımın özünəməxsus qələmi və romantik dünyası var. Azərbaycan Yazıçılar birliyin üzvüdür. Yeganə Cansail-ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 18 - 14.02.2012
![]()
Nərmin Məhərrəmova
23 saylı məktəb parlamentinin spikeri, 20 yanvar və Xocalı faciələrində spikeri olduğu parlamentlə birlikdə kütləvi tədbirlər təşkil edən Nərmin Məhərrəmovanın gənc dünyası ilə yaxın tanışlıq... Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun evinə kollektiv yürüş təşkil edib, ailəsini ziyarət edən bu cəsarətli xanımın qəhrəmanlıqlarla dolu dünyası ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 17 - 07.02.2012
![]()
Təranə Muradova
İncəsənətin bütün incəliklərini özünd ə toplayan rəqs sənəti xalqımız tərəfindən hər zaman sevilib və diqqət mərkəzində olub. Sevilən rəqqasəmiz Təranə Muradova öz zərifliyi və istedadı ilə bir çox Azərbaycan və dünya rəqslərinə öz möhürünü vuran sənətkardır. Təranə Muradovanın zərif dünyası ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 16 - 31.01.2012
![]()
Sevda Ağazadə
Öz həzin səsi və xoş simasıyla milyonların sevimlisinə çevrilən diktor Sevda Ağazadə. Sevda xanımın müasir xanımlarımıza verəcəyi dəyərli tövsiyyələr və həyata baxış rakursu. Sevda Ağazadə ilə yaxın 30 dəqiqə ərzində tanışlıq çərşənbə Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 15 - 24.01.2012
![]()
Gülnaz Sərdarqızı
Qadınlarımızın sevimli mövzusu və maraq dairəsi olan moda. Sevilən və bəyənilən əl işləriylə xanımlarımızın rəğbətini qazanan modelyer Gülnaz Sərdarqızının düşüncələri və müasir cəmiyyətimizdəki qadınlarımızın rolu haqqında fikirləri. Gülnaz xanımla yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında
|
|
Veriliş 14 - 17.01.2012
![]()
Səadət Qarabağlı
Ömrünün uzun illərini dahi Üzeyir Hacıbəyli yaradıcılığının araşdırılmasına və öyrənilməsinə həsr edən Üzeyirbəyşünas Səadət Qarabağlının düşüncələri və həyata baxış rakursu. Uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinə rəhbərlik edən Səadət Qarabağlı ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 13 - 10.01.2012
![]()
Gülarə Cabbarlı
Azərbaycan ədəbiyyatının nəhəng və görkəmli simalarından biri olan Cəfər Cabbarlının qızı və sevimli yadigarı olan Gülarə Cabbarlının düşüncələri, həyata baxış rakursu. Ömrünün müdriklik çağına yetişən Cəfər Cabbarlının ev muzeyinin direktoru olan bu nurani xanımın həyat təcrübəsiylə və düşüncələriylə yaxın 30 dəqiqə ərzində tanışlıq çərşənbə Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 12 - 27.12.2011
![]()
Ofeliya Sənani
Azərbaycan efirinin sevilən simalarından biri olan Ofeliya Sənani. Onun xoş siması, ürəyə yatımlı ecazkar səsi hər birimizin qulaqlarında səslənir. Çünki hamımız onun cırtdanının nağılları ilə böyümüşük. Ofeliya xanımın düşüncələri və həyata baxış rakursu... Ofeliya Sənani ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 11 - 20.12.2011
![]()
Alisia Morqa
Amerikalı biznesmen xanım olan Alisia Morqanın həyata baxışı və düşüncələri. Amerika kimi nəhəng bir dövlətdə özündə yüksəlmə gücünü tapan və hədəflərinə çatan bu xanımın dünyaya baxış rakursu... Alisia Morqanla yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 10 - 13.12.2011
![]()
İradə Qurbanova
Moda və dəb xanımlarımız üçün hər zaman həssas və sevimli bir mövzu olub. Modelyer İradə Qurbanova da bu baxımdan xanımlarımızı hər zaman öz cazibəli və rəngarəng modelləri ilə sevindirir. Onun kolleksiyaları və əl əməyinin məhsulları böyük maraqla qarşılanır. Modelyer İradə Qurbanova ilə yaxın 30 dəqiqə ərzində tanışlıq çərşənbə axşamı “Kəpəz Televiziya”sının “Qadın marağı” layihəsində.
|
|
Veriliş 09 - 06.12.2011
![]()
Jalə Əliyeva
Azərbaycan milli məclisinin gənc millət vəkillərindən biri olan Jalə Əliyeva. Şairə Nurəngiz Günün ailəsində böyüyüb boyabaşa çatan Jalə xanımın düşüncələri və həyata baxış rakursu. Millət vəkili Jalə Əliyeva ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 08 - 29.11.2011
![]()
Məryəm Əlizadə
Teatrın ecazkar dünyasına dalan və bu sehrli dünyada öz xoşbəxtliyi tapan Məryəm Əlizadə. O Azərbaycanın yeganə professional qadın teatrşünasıdır. Həssas və kövrək ruhlu bu xanımın səmimi düşüncələri və həyata baxış rakursu... Teatrşünas Məryəm Əlizadə ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 07 - 22.11.2011
![]()
Zemfira Qurbanova
Moda və dəb bütün xanımların hər zaman maraq dairəsində olub. Azərbaycan xanımları dəblə geyinməyə daima üstünlük veriblər. Modelyer Zemfira Qurbanova artıq uzun illərdir ki, öz kolleksiyaları ilə dəblə geyinməyi sevən xanımlarımızın zövqünü oxşayır. Zemfira xanımın əl işləri xanımlarımızın sevimli seçimidir. Modelyer Zemfira Qurbanova ilə yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 06 - 15.11.2011
![]()
Flora Xəlilzadə
Jurnalist cəmiyyətin aynasıdır. Sözü üzə açıq deyən jurnalistlər isə hər zaman seviliblər. Uzun illərdir jurnalist və publisist kimi fəaliyyət göstərən Flora Xəlilzadə cəmiyyətimiz tərəfindən sevilən qələm sahiblərindəndir. Flora xanımla yaxın 30 dəqiqə ərzində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında.
|
|
Veriliş 05 - 01.11.2011
![]()
Natəvan Haciyeva
Azərbaycan efirinin ilk simalarından biri... Mavi ekrandan minlərlə qəlblərə yol tapan, öz ecazkar səsiylə hər kəsi məftun edən əməkdar artist, diktor Natəvan Hacıyevanın düşüncələri və həyata baxış rakursu. Öz sadə təbəssümünü hər zaman qoruyub saxlayan bu xanımın yaxın 30 dəqiqə ərzində düşüncələriylə tanışlıq Kəpəz TV-nin ''Qadın marağı'' layihəsində.
|
|
Veriliş 04 - 25.10.2011
![]()
Tamilla Sadıxova
Vaxtilə uşaqların sevimlisi olan Hüseynağa Sadıxovun ailəsində onun gözünün ağı-qarası olan yeganə övladı böyüyürdü. Heç kim düşünə bilməzdi ki, bu balaca qızcığaz gələcəyin bacarıqlı iş qadınlarından biri olacaq. NUR otellərinin sahibi Tamilla Sadıxova ilə yaxından tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında...
|
|
Veriliş 03 - 18.10.2011
![]()
Nuridə Nurullayeva
C.Cabbarlı adına Dövlət Teatr muzeyinin direktoru Nuridə Nurullayeva ilə səmimi söhbət. Onun düşüncələri və həyata baxış rakursu. Mədəni irsimizin böyük bir parçası bu gün Teatr Muzeyində mühafizə olunur və Nuridə xanımın rəhbərliyi altında etibarlı əllərdə gələcək nəsillərə ötürülür. Nuridə xanımla yaxın 30 dəqiqə içərisində tanışlıq Kəpəz Televiziyasının Qadın marağı proqramında...
|
|
Veriliş 02 - 11.10.2011
![]()
Tənzilə Rüstəmxanlı
Azərittifaqda sədrin birinci müavini, Azəri Türk qadınlar birliyinin sədri, cəmiyyətimizdə açıq söz sahibi olan Tənzilə Rüstəmxanlının fikir və düşüncələri... Türk dünyasında bir çox mükafatlar sahibi olan bu xanımın qadınlarımıza örnək olacaq məsləhət və tövsiyələri... Kəpəz Televiziyasının Qadın marağı proqramında...
|
|
Veriliş 01 - 04.10.2011
![]()
Nailə Vəlixanlı
Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti,Dövlət Tarix Muzeyinin direktoru, Azərbaycanın 3 akademik xanımlarından biri olan Nailə Vəlixanlının düşüncələri ve həyata baxış rakursu. Məşhur aktyorumuz Məmmədəli Vəlixanlının ailəsində dünyaya göz açan bu xanım niyə aktrisa deyil tarixçi oldu? Rəngarəng həyat hekayəsinin maraqlı anları… Kəpəz televiziyasının yeni ‘’Qadın marağı’’ layihəsində.
|