
QƏRİNƏLƏR ŞAHİDİ
(tarixi veriliş)
Qarabağ Azərbaycanın döyünən qəlbi, vuran ürəyidir. Qarabağın zəngin tarixi və mədəniyyəti hər zaman diqqət mərkəzində olub. Bəlkə də bu səbəbdən bərəkətli torpaqlarımızın başı üzərindən qara buludlar əksik olmayıb. “Qərinələr şahidi” layihəsində siz Qarabağın qarış-qarış torpaqlarının tarixi və mədəniyyəti, adət-ənənələri ilə tanış olacaqsınız.
Layinənin müəllifi Zəhra Qürbət, rejissoru İlqar Vüqaroğlu, aparıcısı Elçin Əkrəmoğlu, müxbiri Kamal Yaşardır.
|
11.05.2012
![]()
Xocalının ümumi mənzərəsi
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə, dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilən, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalının ümumi mənzərəsi Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında...
|
|
04.05.2012
![]()
Qondarma Qarabağ Respublikası
Bu buraxılışımızda Qondarma Dağlıq Qarabağın iqtisadi xarakteristikası vəermənilərin qeyri qanuni fəaliyyətindən danışılacaq. Azərbaycan Respublikasının 20%-dən artıq torpaqları Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilib. Dünyanın bir sıra ölkələrinin narazılığına və beynəlxalq təşkilatların tətbiq etdikləri sanksiyalarına baxmayaraq torpaqlarımız hələ də erməni işğalçılarının əlindədir. Azərbaycan torpaqlarının qaytarılması barədə beynəlxalq miqyasda aparılan işlərə baxmayaraq ermənilər öz işğalçı siyasətini hələ də davam etdirir, hətta xaricdə yaşayan erməni milyonerləri və erməni diasporu işğal olunan Azərbaycan torpaqlarına investisiya qoyur və qeyri qanuni fəaliyyətlərini davam etdirirlər. Qondarma Qarabağ Respublikası haqqında cümə günü Kəpəz Televiziyasının "Qərinələr şahidi" proqramında.
|
|
27.04.2012
![]()
Kəlbəcərin işğalı
Öz ağırlığına, miqyasına və nəticələrinə görə
xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə qarşı cinayətlər kimi
xarakterizə olunmalı, beynəlxalq siyasi-hüquqi qiymətini almalı, onun
ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdırlar. Bu hadisələri,
onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və
unutqanlılıq xalqımıza baha başa gələ bilər. Eləcə də Kəlbəcərin işğalı yaddaşıma qanlı hərflərlə yazılan tarixi hadisədir. Kəlbəcərin işğalı haqqında Kəpəz Televiziyasının "Qərinələr şahidi" proqramında.
|
|
21.04.2012
![]()
Kəlbəcərin uzaq və yaxın keçmişi...
Kəlbəcər rayonundakı “Qayaüstü təsvirləri” ən çox “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”,“Soltan Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa gölü”, “Dəvəgözü dağı” adlanan yerlərdə idi. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 3500-dən çox “Qayaüstü təsvirləri” qeydə alıb və onlardan bir çoxlarının foto-şəkillərini çəkib. Kəlbəcərin uzaq və yaxın keçmişi Kəpəz Televiziyasının "Qərinələr şahidi" verilişində...
|
|
13.04.2012
![]()
Laçın
Qədim və şərəfli bir tarixə sahib olan Azərbaycanımızın Laçın adlı torpağı da bu tarixdən özünə pay alıb. Belə ki, Laçın ərazisindəki bir çox tarixi-memarlıq abidələri bu torpağın zəngin keçmişindən xəbər verir. Bu gün biz cansız görünüb, əslində tarixi canlı şəkildə bizə çatdıran Laçın abidələrindən söhbət açacağıq. Laçının tarixi və keçmişi haqqında Kəpəz TV-nin "Qərinələr şahidi" verilişində.
|
|
06.04.2012
![]()
Kür-Araz
Kür-Araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında-Xoşbulaq kurqanları və Xoləzək yəni Kəlbəcər, İstisu yaylaqlarındakı yaşayış məskənlərində məskunlaşma başa çatmışdı.Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də,onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bumüqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir.Kəlbəcər rayonu ilə ümumi tanışlıq Kəpəz Televiziyasının "Qərinələr şahidi" verilişində.
|
|
30.03.2012
![]()
Soyqirim
Ermənilərin azərbaycanlılara qarşı ən dəhşətli soyqırımı 1918-ci ildə başlayıb və 1922-ci ilə qədər davam edib. Birinci Dünya Müharibəsinin gedişində Rusiyada başlanan inqilabın ilk dalğasıyla rus ordusunun Cənubi Azərbaycandan geri çəkilməsi ilə böyük silah-sursata, o cümlədən ağır texnikaya sahiblənən ermənilər Tiflisdəki Daşnaksütyun partiyasının təşkilatçılığı ilə müharibədən geri dönən və silahlarını təhvil verməyən erməni dəstələri ilə birgə hərəkət etməyə başlayırlar. Bütün bunları biz gərək heç vaxt unutmayaq, yeni nəsillərimiz də öyrənsin və yaddaşına qanlı hərflərlə həkk etsin. Erməni soyqırımının qanlı səhnəsi Kəpəz televiziyasının "Qərinələr şahidi" verilişində.
|
|
16.03.2012
![]()
Laçın rayonu
Azərbaycanın qədim torpaqlarından olan Laçının ərazi olaraq səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi hündürlüyü 3594molan Qızılboğaz dağıdır . Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli,dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir.Laçın rayonunun ümumi mənzərəsi Kəpəz Televiziyasının "Qərinələr şahidi" verilişində.
|
|
09.03.2012
![]()
Cəbrayıl rayonunun işğalı
Faşist xislətli milli düşmənlərimiz erməni qəsbkarları tərəfindən başımıza gətirilən fəlakətdən, torpaqlarımızın işğalından 20 il keçir. 20 ildir dağdan ağır ellərimizi öz doğma ata-baba torpaqlarından pərən-pərən salıb yurdsuz-yuvasız didərginə çevirən dəhşətli faciənin özü boyda el-obaya gətirdiyi dərdin ağırlığı altında qovrula-qovrula qəlbimiz torpaq həsrətilə döyünür. Cəbrayıl rayonunun işğalı haqqında Kəpəz Televiziyasının “ Qərinələr şahidi ” proqramında.
|
|
02.03.2012
![]()
Cəbrayıl rayonu
Cəbrayıl rayonu Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz cayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub – qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Fuzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl şəhərinin adından götürülüb. Cəbrayıl rayonunun ümumi mənzərəsinə baxış Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
24.02.2012
![]()
Zəngilanın faciəli işğalı
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Zəngilanın faciəli işğalı haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
17.02.2012
![]()
Zəngilanın uzaq və yaxın keçmişi
Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Lakin rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunub. Rayonun sahəsi 707 kv. km., əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir. Zəngilanın uzaq və yaxın keçmişi haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
10.02.2012
![]()
Zəngilanın iqtisadiyyatı
Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi və burada əsasən taxılçılıq, tütünçülük, kartof əkini, meyvəçilik, bostançılıq baramaçılıq inkişaf etmişdi. Rayonda şərab, konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda istehsalı üçün əhəng daşıdır. Rayon həmçinin molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir. Zəngilanın iqtisadiyyatı haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
03.02.2012
![]()
Zəngilan
Bu gün biz Zəngilan rayonunun iqtisadiyyatından danışacağıq. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və burada əsasən taxılçılıq, tütünçülük, kartof əkini, meyvəçilik, bostançılıq baramaçılıq inkişaf etmişdi. Rayonda şərab, konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda istehsalı üçün əhəng daşıdır. Rayon həmçinin molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir. Zəngilan rayonunun iqtisadi coğrafiyası haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
27.01.2012
![]()
Fizulinin işğalı
Füzuli Rayonunun Dağlıq Qarabağla həmsərhəd kəndləri hələ 1989-cu ildən erməni quldur dəstələrinin basqına məruz qalıb. 1990-cı ilin yanvar ayının 11-də Füzuli şəhərinə sovet ordusunun ruslardan ibarət desant birləşmələri yeridilib. Artıq həmin dövrdə rayonun Qacar, Yuxarı Yağlıvənd, Gövşad, Hoğa, Qoçəhmədli və digər kəndləri erməni silahlılarının basqınlarına məruz qalırdı. Fizulinin işğalı haqqında cümə günü saat 22.25-də Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
06.01.2012
![]()
Azıx mağarası
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılaraq, Azərbaycanın qədim kökə sahib olduğu bütün dünya qarşısında sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunan preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərrkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azıx mağarası haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
30.12.2011
![]()
Fizulinin mədəniyyəti
Minillərin ənənələrinin işığını qoruyub saxlamaq, onu gələcək nəsillərə layiqincə ötürmək üçün mədəniyyətin mahiyyətinə varmaq lazımdır. Burada yenə zaman faktoru əsas rol oynayır. Müqəddəs kitabımız Qurani-Kərimdə deyilir ki, zaman hər şeyin əvvəli və sonudur. Xalqların, ölkələrin taleyi zamanın naxışları ilə bir-birinə calanır. Sirli xalçaya bənzəyən və gələcəyə ünvanlanan bu işarələri oxumaq üçün mənəvi güc tələb olunur. Fizulinin mədəniyyəti haqqında cümə günü Kəpəz Televiziyasının ''Qərinələr şahidi'' verilişində.
|
|
23.12.2011
![]()
Füzuli rayonunun cografi mövqeyi
Coğrafi mövqeyinə görə Füzuli rayonu Kiçik Qafqazın cənub-şərq qurtaracağı ilə Araz çayı arasındakı ərazini əhatə edir. Füzuli rayonu Azərbaycanın cənub-qərbində, Köndələnçay, Quruçay, Qozluçay vadilərində dağətəyi ərazidə yerləşən gözəl ab-havası olan soyuq bulaqlar əhatəsində yerləşən qədim rayonlardan biridir. Rayon cənubdan İranla, qərbdən Cəbrayıl rayonu, şimal qərbdən Xocavənd rayonu, şimaldan Ağcəbədi rayonu, şərqdən Beyləqan rayonu ilə həmsərhəddir. Fizuli rayonunun coğrafi mövqeyi haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
16.12.2011
![]()
Qarabağın bir parçası olan Ağdam
Tariximizin daha bir gününə gəlib çatdıq - 23 iyul 1993-cü il. İşğalçı - erməni-sovet hərbi birləşmələri, işğala məruz qalan isə Qarabağın bir parçası olan Ağdam... İşğal olunan rayonumuzda bədnam qonşularımızın vəhşicəsinə apardığı arxeoloji qazıntılar Azərbaycan tarixinin saxtalaşdırılmasına yönəlib. Ağdamın işğalı haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
02.12.2011
![]()
Ağdamın musiqi mədəniyyəti
Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, еşq və şəhvəti həyəcana gətirir, insanı öz quluna çеvirərək, onun əsəb sistеminə, düşüncəsinə, əqlinə və ruhuna hökümranlıq еdir. Vaxtilə Ağdamının adlı-sanlı sənət adamları, tanınmış musiqiçilərİ olub ki, onlar da toylarımızın bəzəyi idi. Gözəl ifaları ilə el şənliklərinə öz möhürlərini vurardılar. Ağdamın musiqi mədəniyyəti haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
25.11.2011
![]()
Ağdam Dövlət Teatrı
1917-ci ildə yerli "Şuşa dərnəyi"nin yardımı ilə Ağdamda bir klub açılır və burada çoxlu adam iştirak edir. 1920-ci ilin əvvəllərində Ağdamda teatr seksiyası yarandı. 1937-ci ildə bu kollektivin əsasında Ağdamda Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi. Keşməkeşli və mübariz sənət yolu keçən Ağdam Dövlət Teatrının yaranması və fəaliyyəti haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
18.11.2011
![]()
Ağdam çörək muzeyi
Hər bir şəhər, qəsəbə və ya kənd hafizəmizdə daha çox hansısa əlamətdar hadisə və ya məhsulu ilə yadda qalır. Lənkəran çayı ilə, Astara lumusu ilə, Cəlilabad üzümü ilə, Gədəbəy kartofu ilə, Sabirabad qarpızı ilə, İsmayıllı “Qızıl Əhməd”alması ilə, Quba alması ilə, Göyçay narı ilə, Şəki halvası və pitisi ilə, Zakatala fındığı ilə, Xaçmaz pomidoru ilə, Agdam isə şərabı və çörək muzeyi ilə. Ağdam çörək muzeyinin yaranması və fəaliyyəti haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
04.11.2011
![]()
Ağdam
Ağdam Qarabağın, ümumilikdə isə Azərbaycanın ən zəngin və bərəkətli torpaqlarından biridir. Bura qədim və çox böyük tarixə malik şəhərlərdən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanlarının fədakarlığına görə həmişə mühüm rol oynayıb. Ağdamla yaxından tanışlıq Kəpəz TV-nin ''Qərinələr şahidi'' layihəsində.
|
|
28.10.2011
![]()
Qarabağ atları
Şuşanın mədəni musiqi və tea Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olan atlardan, əsas etibarı ilə, Nesey atlarından götürülb. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılaraq inkişaf edir ki, onlardan biri Türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olub. Qarabağ atlarının tarixi haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
21.10.2011
![]()
Şuşanın zəngin mədəni irsi - II
XX əsrin axırlarında, XIX əsrin ortalarında təkamül tapan Şuşa musiqi mədəniyyəti, öz həyatını yenidən yaşayırdı. Hətta professional musiqiçilərin çoxalması onların Şuşa ilə bağlılığı Şuşanın mədəni həyatını xeyli yüksəltmişdi. O, dövrdə təkcə xanəndə və sazəndə dəstələri inkişaf etmişdisə, XX əsrin əvvəllərindən başlayaraq "Qafqazın konservatoriyasında" artıq adları dünya musiqiçiləri sırasında çəkilən sənətkarlar vardı. Şuşanın mədəni musiqi və teatr mühiti haqqında Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında...
|
|
14.10.2011
![]()
Şuşanın zəngin mədəni irsi - I
Qarabağ və xüsusilə də Şuşa təkcə öz təbiəti ilə deyil, öz mədəniyyəti, adət-ənələri və musiqisi ilə də xalqımızın iftixar mənbəyi olub. XIX əsrin ikinci yarısını Azərbaycanın, xüsusilə də Qarabağın mədəniyyətinin inkişaf və çiçəklənmə dövrü adlandırmaq olar. Bu illərdə Azərbaycanın qabaqcıl ziyalıları hesabına Azərbaycan dili elmi və ədəbi dil kimi daha geniş inkişaf tapdı. Şuşanın zəngin mədəni irsi Kəpəz Televiziyasının “Qərinələr şahidi” proqramında.
|
|
07.10.2011
![]()
Şuşanın tarixi keçmişi və bu günü
Qarabağ və Qarabağın tarixi hər zaman böyük maraq doğurub. Öz zəngin tarixi və mədəniyyəti ilə her zaman diqqət mərkəzində olan Qarabağ Azərbaycanın qürur mənbəyidir. Qarabağın döyünən ürəyi Şuşanın tarixi, dünəni və bu günü qərinələrdən süzülüb gələn şəffaf su kimi qəlbimizə hopub. Gözəl olduğu qədər bəlalı olan Şuşamızın tarixi keçmişi, adət-ənənələri bir neçə silsilə şəklində Kəpəz Televiziyasının yeni ‘’Qərinələr şahidi’’ layihəsində.
|