
PİYADA
(intelektual-əyləncəli proqram)
Bu proqram 2008-ci il sentyabr ayının 6-dan etibarən hər həftənin şənbə günü axşam saat 22:15-də efirdə yayımlanır. 30 dəqiqə ərzində efirdə olan "Piyada" intellektual əyləncəli proqramında əsas məqsəd şəhər, rayon və kəndləri gəzərək müsahiblərə müxtəlif suallar təqdim etməklə həm onları, həm də ekran qarşısında əyləşən tamaşaçıları maarifləndirməkdir. Tapılan düzgün sualların müqabilində qaliblərə həvəsləndirici mükafatlar təqdim olunur. Oyun müddətində bir və daha artıq suala cavab verənlər istədikləri anda qazandıqları hədiyyəni götürüb oyunu tərk edə bilərlər. Veriliş ərzində həmçinin müsahiblərlə həmsöhbət olub, onlarla müxtəlif zarafatlar edilir. Veriliş tamaşaçılar arasında yetərincə kütlə toplayıb.
Verilişin aparıcısı Samir Arifoğlu.