« Geri

OLAYLAR
(qeyri-adi xəbər proqramı)

Hər kəs həyatdan daim qəribəliklər gözləyir. Bir düşünün, əgər həyat bircə rəngdən ibarət olsaydı, hər şey olduğu kimi, yerli-yerində olsaydı, onda həyatda hansı maraqdan danışmaq olardı? Əlbəttə ki, heç bir günə maraqla başlaya bilməzdik..Axı, günə başlayınca belə, dünyanın daha bilmədiyimiz hansı sirri, həyatın hələ görmədiyimiz hansı qeyri-adi üzü var deyirik içimizdə...Və axtarırıq...Ya dünyaya təəccüblənirik...Ya həyat öz döngələrində bizi mat qoyur...Ya da bu qəribəliklərə özümüz imza atırıq...Sonunda isə deməyə bircə cümlə qalır: “Həyat əsrarəngizdir, yaşamağa dəyər!” Əlbəttə ki, bütün qeyri-adi, maraq doğuran hadisələri bir arada, eyni zaman və məkanda görmək ağlasığımazdı. Amma, Kəpəz Televiziyasının efirində bu mümkünsüzü mümkün etdik. Hər şənbə, saat 18:00-da dünyanın ən maraq doğuran olaylarını 30 dəqiqəlik vaxt ərzində, dəyişilməz məkanda görəcəksiniz...”Olaylar” sizi təəccübləndirməyi, mat qoymağı bacarır...


Aparıcı və eyni zamanda verilişin müxbiri çalışan Samir Arifoğlunun təqdimatında həyatın, dünyanın və insanın müəllifi olduğu qəribə olayları “Olaylar”da izləyin...

olaylar@kepeztv.az

 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player