• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4474
— 19.01.2016 13:58

Gəncə şəhər Səhiyyə İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Səhiyyə işçiləri 26 il bundan öncə baş verən qanlı faciəni yada salaraq, həmin günün Azərbaycanın şərəf tarixinə qanlı hərflərlə həkk olunduğunu vurğulayıblar. Bu qanlı tarix bizim həm qürur yerimiz, həm də faciəmizdir. Xalqımız nə qədər itki versə də, əyilmədi və bununla da öz qırılmaz iradəsini nəinki düşmənə, bütün dünyaya bəyan etdi. Tariximizə qürur səhifəsi yazdıqları üçün biz şəhidləri hər zaman ehtiramla anıb, sevgi ilə yad edəcəyik. 

Akif Zərbəliyev- Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini: "Bu tarix bizim yaddaşımızdan silinməyəcək. Əsas qayəmiz də odur ki, Azərbaycan xalqı bu günü təkcə hüzn günü kimi deyil, həm də fəxr, qürur günü kimi anmalıdır".

Vüsalə Camal