• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4071
— 19.01.2016 11:06

Samuxda xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Samux rayonunda  ölkə prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Şairin poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun yüksəldilməsində və ədəbi fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynadığı diqqətə çatdırılıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən biri olub. Gecədə qonaqlara sənətkarın öz səsilə “Dünya fırlanır” şeiri təqdim olunub. Məktəblilər şairin şeirlərindən parçalar səsləndiriblər.

Əminə Cəfərova - Samux şəhər 2 nömrəli tam orta məktəbin direktoru: “Belə tədbirlər məktəbimizdə tez-tez təşkil edilir. Məqsədimiz şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, yazarlarımızı tanıtmaq və bu hissləri yaşatmaqdan ibarətdir”.

Natiq Hüseyn