• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 05.01.2016 19:29

Bakıda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub

Yol polisləri sürücünü qəza baş vermədən zərərsizləşdirə bilib.

Bakının Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Vaz-2106” markalı avtomobilə yol polis əməkdaşları saxla əmri veriblər, sürücü isə hərəkəti davam etdirib. Daha sonra isə hərəkət istiqamətini dəyişərək Koroğlu metrosu tərəfə hərəkət edib. Yaradılan süni tıxac nəticəsində “Vaz-2106” saxlanılıb.

Avtomobili sənədsiz idarə edən 27 yaşlı Sadıq Hadıyev sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Avtoxuliqanlıq etdiyi üçün onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim ediləcək.

İlham Məmmədzadə