• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 22.12.2015 12:26

Gəncə Lokomotiv Deposuna yeni teplovozlar gətirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə Lokomotiv Deposuna yeni teplovozlar gətirilib. Gələn ilin sonuna kimi isə daha 15 yeni teplovozun gətirilməsi planlaşdırılır.

Gəncə Lokomotiv Deposuna gətirilən 2 ədəd T-33 markalı yeni teplovozun əsas üstünlüyü böyük gücə malik olmasıdır. Eyni zamanda yanacaq sərfi baxımından daha əlverişlidir. Yeni teplovozlar yığcamlılığı və komfortu ilə də seçilir.

Qazaxıstan istehsalı olan bu teplovozların Rusiya istehsalı olan teplovozlardan bir çox fərqli cəhətləri də var. Əsas fərqli cəhətlərdən biri də bu teplovozun kompüter sistemi ilə idarə olunmasıdır.

Əsgər Şirinov- Gəncə Lokomotiv deposunun rəisi: “Bu, az təmir tələb edən teplovozdu. Əgər Rusiyada istehsal olunmuş teplovozlar planlı şəkildə ayda 1 dəfə, bəzən 2 dəfə təmir tələb edirdisə, bu teplovozlara 3 aydan bir texniki baxış nəzərdə tutulub”.

Gəncə Lokomotiv Deposu dəmir yolunun Ucar - Böyük-Kəsik mənzilinə xidmət edir. Hazırda depoda Rusiya istehsalı olan 23 elektrovoz, eləcə də 16 teplovoz var. Elektrovozların əksəriyyətinin istismar müddəti başa çatdığından depoya 30 yeni elektrovoz da gətiriləcək.  

Elnur Vahidoğlu