• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 802
— 22.12.2015 11:44

Ölkədə bir neçə bədbəxt hadisə baş verib

Biləsuvarda ölüm, Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib. Göygöldə isə sürücü sükan arxasında deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Göygölün Qızılqaya qəsəbəsində Gəncə şəhər sakini 64 yaşlı Nadir İsmayılov sudaşıyan avtomobilə su doldurarkən maşının üzərindən yıxılıb. Sürücü dünyasını dəyişib. Məlumata görə, Nadir İsmayılovun ürəyi tutub, bu səbəbdən də müvazinətini itirərək yıxılıb.

Biləsuvarda isə rayon sakinləri Azər Dəmirovun idarə etdiyi “QAZ-3110” və Məftun Zülfüqarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Məftun Zülfüqarovun sərnişinləri - Biləsuvar sakini Taleh Ağarəhimov və Bakı sakini Solmaz İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Taleh Ağarəhimov orada dünyasını dəyişib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Mahir Məmmədovun  idarə etdiyi yük avtomobili Rəvan Əhmədovun idarə etdiyi motosikletlə toqquşub. Hadisə nəticəsində xəsarət alan motosikletin sürücüsü Rəvan Əhmədov ağır kəllə-beyin travması alaraq, xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.  Hər üç faktla bağlı araşdırma aparılır.

Natiq Hüseyn