• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 15.12.2015 12:52

Goranboy rayonunun heyvandarlıq təsərrüfatlarında peyvəndləmə işləri aparılır

Goranboy rayonu ərazisində heyvanlar və ev quşları arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Rayonun bütün heyvandarlıq təsərrüfatlarında vaksinasiya işləri aparılır.

Rayonun baytar həkimləri epizootik vəziyyəti qorumaq məqsədilə iribuynuzlu heyvanlar arasında yayıla biləcək qarayara və dabaq xəstəliklərinə qarşı vaksinasiya işləri aparır. Peyvəndləmə mərhələli şəkildə bütün kəndlərdə həyata keçirilir. Goranboy Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, bu günə kimi 42 min baş iribuynuzlu mal-qara arasında ciddi xəstəliklərə rast gəlinməyib. Əhaliyə satılan ət və ət məhsullarına da ciddi nəzarət edilir.

Elsevər Hüseynov- Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: "Ət satışını həyata keçirən dükanlarda tərəfimizdən reydlər keçirilir. Obyektlərdə baytarlıq sanitariya normalarına əməl olunması yoxlanılır. Ətin keyfiyyətinin ekspertizadan keçirilməsi təmin olunur. Əhalinin sağlam ət qidaları ilə təmin olunması üçün lazımi işlər həyata keçirilir".

Qeyd edək ki, Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən bu il həmçinin xırdabuynuzlu heyvanlar və ev quşları arasında da profilaktik tədbirlər həyata keçirilib.

Artıq baytar həkimlər 234 min xırdabuynuzlu heyvanı, 400 min ev quşunu peyvənd edib.

Xaliq Qurbanlı