• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3607
— 11.12.2015 10:24

“Sonsuz dəhliz” filmi “Eurochannel” kanalında nümayiş olunacaq

Dekabrın 11-i və 12-də beynəlxalq “Eurochannel” kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçiriləcək.

Filmin nümayişi haqqında məlumat kanalın veb saytında yerləşdirilib. Rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” filmi litvalı jurnalist Riçard Lapaytisin müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Qeyd edək ki,  “Sonsuz dəhliz” filmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Gülşən Zabitqızı