• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3289
— 10.12.2015 18:50

Ölkədə qanunsuz ov etmiş şəxslər saxlanıldı

Sabirabad RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Balaca Zeynalovdan və Namiz Qurbanovdan 1 ədəd “TOZ-B” və 1 ədəd “TOZ-16” markalı ov tüfəngləri, habelə 1 ov quşu, Qəbələ RPŞ əməkdaşları tərəfindən qanunsuz ov edən rayon sakini Feyruz Səlimovdan müvafiq sənədi olmayan 1 ədəd “Bum” markalı ov tüfəngi və habelə 1 ov quşu, İmişli RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Murtuz Əliyevdən və Zəkəriyyə Mirzəyevdən 1 ədəd “TOZ-16” markalı və 1 ədəd “İJ-18” markalı ov tüfəngləri, habelə 6 ov quşu götürülüb.

İlham Məmmədzadə