• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3250
— 05.12.2015 13:55

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların qəbulunu keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşları növbəti dəfə qəbul edib. Şəhərin hüquq mühafizə orqanları və icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-dən çox vətəndaşın şikayət və təklifləri dinlənilib. Qəbula gələnlər əsasən işə düzəlmə, yaşadıqları küçə və prospektlərdə mövcud olan kommunal problemlər, əlilliklə bağlı ev növbəsinə durmaq, yeni salınan yaşayış massivlərinə qaz, su, elektrik xəttlərinin çəkilməsi və digər bu kimi mövzularda müraciətlər səsləndirib. Qaldırılan bir çox məsələlər yerində həllini tapıb. Digər problemlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: "Vətəndaşların arzusu, istəyi və şikayətlərinin müstəvisi də dəyişib. Evlərini tikirik, mənzilin daxilini də düzəltməyi, hətta ev əşyaları da istəyirlər. Buna da təbii baxmaq lazımdır. İlin sonuna qədər yenə vətəndaşların qəbulu keçiriləcək".

Vəfa Şairova