• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 835
— 05.12.2015 11:39

20 nömrəli məktəbdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib

Gəncə şəhər 20 nömrəli tam orta məktəbdə Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə “Yaşamaq yanmaqdır, yanasan gərək” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak edib.

Gecədə əvvəlcə Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradcılığından danışılıb. Qeyd edilib ki, dahi söz ustadı 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Sonra şagirdlər ədibin qələmə aldığı şeirləri səsləndirib, şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib, rəqslər nümayiş etdiriblər.

Lamiyə Qasımova- təşkilatçı:  “Məqsədimiz şagirdlərimizi Azərbaycanın görkəmli şairi, söz üstadı olan Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə bir daha  tanış etməkdir”.

Tamella Həsənova- təşkilatçı: “Sözün əsl mənasında bizim şagirdlərimiz Bəxtiyarsevərlərdir, Bəxtiyar  şeirinin vurğunlarıdır”.

Tədbirdə Bəxtiyar Vahabzadənin yardıcılığını əks etdirən videoçarx da nümayiş olunub. Ədəbi-bədii gecə qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Mehman Abbaszadə, Gülşən Zabitqızı