• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 05.12.2015 03:41

Gəncə sakini döyülüb

Hadisə gecə saat 3 radələrində baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə şəhər sakini Tağı Arani küçəsi bina 6 mənzil 30-da yaşayan 41 yaşlı Rövşən Səttərov üz nahiyyəsinin əzilmiş diaqnozu ilə travmatologiya şöbsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.  Hadisə münaqişə zəmnində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu