• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 27.11.2015 16:19

Fövqəladə hallar naziri qərb bölgəsinin vətəndaşlarını qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qərb bölgəsinin vətəndaşlarını qəbul edib. Qazax Olimpiya İdman Kompleksində keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinlərinin  müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Rahim İbrahimoğlu