• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 26.11.2015 19:43

DYP Biləsuvarda reyd keçirib

Yol hərəkəti təhlükəsziliyinin təmin edilməsi məqsədi daşıyan reyddə  xeyli sayda sürücü cərimələnib. Biləsuvar Dövlət Yol Polisinin əməkdaşları şəhərin bir neçə mərkəzi küçəsində keçirdiyi reyd zamanı 50-dən çox nəqliyyat vasitəsi saxlanılıb. Qaydanı pozan sürücülərdən kimi polisi borclu çıxarmağa çalışdı, kimi sənəd vermək əvəzinə avtomaşını sürüb, kimi də peşman olub protokolu imzalayıb. Saxlanılanlardan 40 nəfər barəsində qanunun tələbinə uyğun şəkildə inzibati protokol tərtib görülüb. 6 nəfər avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə,  12 nəfər nəqliyyat vasitəsini texniki baxışdan keçirmədiyinə, 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə, 2 nəfər ötmə əməliyyatını pozduğu, 2 nəfər isə polisin qanuni tələbinə əməl etmədiyi üçün inzibati qaydada  cərimələnib.