• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3288
— 26.11.2015 14:53

Şəmkirin iki kəndinə təbii qaz verilib

Şəmkir rayonunun Bayramlı və Dağ Cəyir kəndlərinə qaz verilib. 24 illik fasilədən sonra 663 abonenti olan Bayramlı kəndinə qazın bərpası üçün birpilləli sistem üzrə 55 min 704 paqonometr müxtəlif diametrli daşıyıcı və paylayıcı metal boru çəkilib, 663 abonentə isə fərdi qaztənzimləyici və sayğac quraşdırılıb. 168 abonenti olan Dağ Cəyir kəndində də yerli  sakinlər mənzillərinə ilk dəfə təbii qazın verilməsinə seviniblər. “Azəriqaz” İB-nin nümayəndələrinin, kənd sakinləri və rayon rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə məlumat verilib ki, bununla da Şəmkirdə 1 şəhər, 4 qəsəbə və 43 kənd mavi yanacaqla təmin olunur. Rayon üzrə abonentlərin sayı isə 38 minə çatır. Hazırda rayonun ucqar dağ kəndləri olan Yuxarı Çaykənd və Yeni Göyçə kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək hər iki kənd mavi yanacaqla təchiz olunacaq.  Sonda qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. Evlərdə qaz sobası yandırılıb.

Natiq Hüseyn