• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 26.11.2015 11:17

ADAU-nun tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində bu ali təhsil ocağının tələbələrinin əl işlərindən ibarət “Ağ qara” adlı rəsm sərgisi təşkil olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, universitet rəhbərliyi və tələbələr iştirak edib.

Tədbiri Azərbaycan Dövlət Aqrar Universitetinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açaraq, toplantının mahiyyəti haqda  qonaqlara məlumat verib. Bildirilib ki, bu kimi tədbirlərin təşkili tələbələrin istedadının üzə çıxarılması və tariximizdəki çalarların öyrənilməsi baxımından önəmlidir. Sonra tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə sərbəst mövzuda çəkilən 50-dan artıq rəsm nümayiş olunub. Toplantıda tələbələrin Gəncənin tarixini, milli ornamentlərimizi əks etdirən əl işləri qonaqlara təqdim edilib.

Mənsurə Hacıyeva- rəssam: Sərgini maraqlı qarşıladılar. Zamanla bağlı əsərim  daha çox diqqət çəkdi. Gələcək planlarımızda yeni ideyalar var”.

Tədbirdə əl işləri nümayiş olunan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.

Mehman Abbaszadə

Gülşən Zabitqızı