• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4050
— 24.11.2015 14:32

Ağstafada heyvanların çiçək xəstəliyinə yoluxmaması üçün qabaqlayıcı tədbirlər görülməyə başlanıb

Mal-qara arasında yayılan çiçək xəstəliyi ilin əsasən noyabr, dekabr  aylarına təsadüf edir. Xəstəliyə yoluxan heyvanlarda ölüm halları çox olduğundan baytarlar belə vəziyyətlə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlərə başlayıblar. Əsasən xırdabuynuzlu heyvanlar arasında yayılan virusa qarşı peyvəndləmə işinə Ağstafa baytarları da start verib. Rayona 200 mindən çox vaksin gətirilib. Qeyd edək ki, Ağstafada 173 mindən çox xırdabuynuzlu var. Baytarlar ayın sonuna qədər peyvəndləmə işini yekunlaşdırmağı nəzərdə tutur.           

Rahim İbrahimoğlu