• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4152
— 24.11.2015 14:16

Gəncə Dövlət Universitetində “Sağlam gələcək sağlam gəncliklə gələcək” layihəsi çərçivəsində tədbir keçirilib

Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, eləcə də Gəncə şəhər Narkoloji Dispanserinin həkimləri, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları, ali təhsil ocağının müəllim və tələbələri iştirak edib. XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan olan QİÇS xəstəliyi barədə çıxış edənlər ölkəmizdə bu xəstəliklə mübarizənin günü-gündən artdığını vurğulayıblar. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Layihə çərçivəsində universitetdə baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının üzvlərin hazırladığı QİÇS-lə bağlı videoçarx nümayiş olunub. Sonda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə regional laboratoriyasının həkimləri universitetin müəllim və tələbələrindən qan nümunələri götürüb.

Asif Cavadov- GDU-nun prorektoru: “Gənclər bizim gələcəyimizdir. Sağlam gələcək böyütmək üçün bir gün deyil, hər an həyacan təbili çalmaq lazımdır. Maarifləndirici söhbətlər edilməlidir. Düzdür, bizim sağlam gəncliyimiz böyüyür, sağlam gəncliyimiz var. Bu sağlam gəncliyin içərisinə hardasa təsadüf nəticəsində düşənləri kənarlaşdırmaq lazımdır”.

Elnur Vahidoğlu