• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4050
— 24.11.2015 11:34

Şəmkirli gənclər YAP-ın yaradılmasının 23- cü ildönümünü qeyd ediblər

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü münasibəti ilə Şəmkir rayonunda silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir partiyanın rayon təşkilatının gənclər birliyi tərəfindən təşkil edilib. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan bu partiya öz sıralarına qoşulanları günbəgün artırmaqdadır. Şəmkir rayonunda say tərkibi ilbəil çoxalır. Təkcə bu ilin ötən ayları ərzində 159 gənc YAP sıralarına qəbul olunub. Hazırda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının 11200 üzvü var ki, onlardan da 3994 nəfəri gənclərdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü münasibəti ilə keçirilən idman yarışları və müxtəlif müsabiqələrin qalibləri qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Emin İsmayılov- YAP Şəmkir Rayon Təşkilatının Gənclər Birliyinin sədri: “Respublikamızın hər bir yerində olduğu kimi, Şəmkir rayonunda da Yeni Azərbaycan Partiyasının yaradılmasının 23- cü ildönümü təntənə ilə qeyd olunur. Biz də partiyanın gənclər təşkilatı olaraq bu gün öz töhfəmizi veririk. Məqsədimiz partiyanı gənclər arasında bir daha təbliğ etmək və gənclərin asudə vaxtını səmərəli təşkil etməkdir”.

Natiq Hüseyn